Yuxarı

Uorlik: "Müharibə regionu məhv edə bilər"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Uorlik: "Müharibə regionu məhv edə bilər"

Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin həllinin açarı əllərində olan iki insandır.

APA xəbər verir ki, bu sözləri ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Ermənistanın "tert.am" agentliyinə müsahibəsində deyib. O bildirib ki, prezidentlər sülh prosesində irəliləyişə nail olmaq üçün tez-tez görüşməlidirlər: "Biz hərtərəfli sülh sazişinin çoxsaylı elementlərini müzakirə etmək üçün prezidentlərdən aşağı səviyyədə də danışıqlar aparırıq. Bu kimi səylər etimad atmosferinin yaranmasına, gərginliyin azalmasına və münaqişənin tənzimlənməsi ilə bağlı dialoq mühitinin yaxşılaşmasına xidmət edəcək".

Həmsədr qeyd edib ki, hər iki prezident açıq şəkildə münaqişənin sülh yolu ilə həllinə sadiqliklərini bəyan ediblər: "Bu, onların dediyi sözlərdən də aydın olur. Genişmiqyaslı müharibə regionu məhv edə bilər və biz əminik ki, prezidentlər də bunu anlayır. Ümid edirik ki, 2016-cı ildə tərəflər həll prosesi ətrafında irəliləyişə nail olmaq üçün danışıqlar masası arxasında əyləşəcəklər, güc tətbiqindən çəkinəcəklər və prezidentlərin ümumi sülh məqsədini sarsıdacaq təhrikçi ritorikalardan əl çəkəcəklər".

Tarix
2016.01.13 / 18:42
Müəllif
Axar.az
Digər xəbərlər

Saralın istefasının dərhal ardından bunu yazdı...

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla