Yuxarı

İrəvanda məxfi görüş: separatçıların Bakıya qarşı planı - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağdan Ermənistana qaçan separatçılar yenidən fəaliyyətə başlamağa, Azərbaycana qarşı separatizmi davam etdirməyə hazırlaşır.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, qondarma rejimi ləğv edən separatçıların sonuncu “başçısı” Samvel Şahramanyan İrəvanda bu qərarından imtina edəndən sonra “gələcəkdə nə etmək” haqda müzakirələrə başlayıb.

Ermənistan mediasının məlumatına görə, separatçılar dünən “Marriott” otelində qapalı toplantı keçirib. Toplantıda Şahramanyanla yanaşı, artıq mövcud olmayan qondarma “parlamentin keçmiş rəhbəri” olmuş Aşot Qulyan, qondarma “deputatlar” və digər separatçılar iştirak edib.

Qapalı toplantı bir neçə saat davam edib. Detallar açıqlanmır, amma əsas müzakirənin Xankəndidə qondarma rejimin ləğvi ilə bağlı verilən qərardan imtina edilməsi və bundan sonra atılacaq addımlarla bağlı olduğu deyilir.

Aşot Qulyan artıq prosesin başlandığını və yenidən fəaliyyətə keçmək haqda düşündüklərini deyib.

Separatçıların qondarma “nazir müavinlərindən” olmuş Artur Ayrapetyan isə qeyd edib ki, qapalı toplantıda baş verənlərə görə məsuliyyət məsələsini müzakirə ediblər, lakin əsas mövzu qarşıda atılacaq addımlarla bağlı olub. Eyni zamanda, Qarabağa qayıtmaq məsələsini müzakirə ediblər. Hərçənd, separatçılar erməni əhalisinin mövcud şərtlərlə - Azərbaycan vətəndaşlığını qəbul etdikləri halda qayıtmasına qarşıdırlar. Məlumata görə, toplantıda bu məsələ xüsusilə müzakirə edilib. Onlar hansısa “status”, yaxud “beynəlxalq zəmanət” altında qayıtmaq imkanları haqda düşünür.

Qərara alınıb ki, özləri tərəfindən ləğv edilmiş qondarma “artsax”ı qoruyub saxlasınlar və Ermənistanda fəaliyyətlərini davam etdirsinlər. Qarşıdakı dövrdə yeni toplantıların keçiriləcəyi, erməni separatizminin dirçəldilməsi istiqamətində aktiv fəaliyyəti bərpa edəcəkləri gözlənilir.

Tarix
2023.11.02 / 09:28
Müəllif
Axar.az
Digər xəbərlər

XİN Bosniya və Herseqovinanı təbrik etdi

Prezident Surinamın dövlət başçısını təbrik etdi

Prezident bu ölkə rəhbərini təbrik etdi

Bayden də təbrik etdi: bəs, COP29-dan biz nə qazandıq?

Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu

Bayden Ukrayna ilə bağlı daha bir sensasion qərara hazırlaşır

Kopırkindən sülh açıqlaması: Moskva nə istəyir?

Azərbaycana “petrostate” deyənlər oxusun: 2026-dən...

İsrail ordusu üzr istədi: Səhvən vurub öldürmüşük!

ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla