Yuxarı

Gömrük təkzib etdi: "Əsassızdır" - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gömrük təkzib etdi: "Əsassızdır" - Foto

Son günlər bir sıra kütləvi informasiya vasitələrində texniki təyinatlı və heyvandarlıqda yem kimi istifadə olunan kartof, buğda məhsullarının ölkəyə gətirilməsi və qida məhsulu kimi əhaliyə satılması barədə məlumatlar yayılır.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Axar.az-a daxil olan məlumatda bildirilir ki, yayılan məlumatlarda bu məhsulların qanunvericilikdə nəzərdə tutulan sertifikatlar və müvafiq sənədlər olmadan idxal olunduğu vurğulanır.

Dövlət Gömrük Komitəsi bildirir ki, səsləndirilən bu kimi fikirlərin heç bir əsası yoxdur.

Belə ki, ölkəyə idxal olunan bütün ərzaq məhsulları qanunvericiliklə müəyyən edilən sertifikatlar və müvafiq mal müşayiət sənədləri ilə təmin olunur.

Bu qəbildən olan malları gömrük sərhədindən keçirilmək istəyən fiziki və hüquqi şəxslər Kənd Təsərrüfatı Nazirliyinin idxal karantin icazə məktubunu, Səhiyyə Nazirliyinin gigiyenik sertifikatını gömrük orqanına təqdim edir, daha sonra isə gömrük-sərhəd buraxılış məntəqəsində bitki karantin xidməti şöbəsinin əməkdaşları mallara vizual baxış keçirir.

Onu da qeyd edək ki, gigiyenik sertifikat idxal olunması nəzərdə tutulan məhsullar labarator müayinədən keçirildikdən sonra verilir. Əks halda sənədləri qanunvericiliyin tələblərinə cavab verməyən istənilən mal ölkə ərazisinə buraxılmır.

Tarix
2016.01.19 / 20:29
Müəllif
Axar.az
Digər xəbərlər

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir - Boçorişvili

Sikorskinin dünyanı silkələyən çıxışı: Sergey, bosuna de... - Video

Azərbaycan Fələstin dövlətçiliyinə dəstəyini bir daha təsdiqlədi

Ceyhun Bayramov Ferid Hoxa ilə görüşdü

Bunu Azərbaycandan alacağıq, Türkiyə ilə də... - Simonyan

BMT kürsüsündən İranı “məhv etmək”lə hədələdi...

Oğlumla gəlinim buna görə istintaqa cəlb olunmuşdular

Bayramov və Mirzoyan TRİPP-ə həsr olunmuş tədbirdə...

Azərbaycan XİN və MN Qazaxıstana başsağlığı verdi

Ermənistanın Azərbaycana ixrac etdiyi məhsulun adı açıqlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla