Yuxarı

Bu gün Kəlbəcər Şəhəri Günüdür

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün - noyabrın 25-i Kəlbəcər Şəhəri Günüdür.

Axar.az xəbər verir ki, Azərbaycanda Kəlbəcər Şəhəri Günü ilk dəfədir qeyd olunur.

Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 25-də Kəlbəcər Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək.

Bu gün Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsindən üç il ötür.

Kəlbəcərin azad edilməsi Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin siyasi liderliyi, sərkərdəlik qabiliyyəti və Azərbaycan Ordusunun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları nəticəsində mümkün olub.

Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın 2020-ci il noyabrın 10-da imzaladıqları bəyanata əsasən Kəlbəcər noyabrın 15-də Azərbaycana qaytarılmalı idi. Lakin Ermənistan tərəfi ordunun və qanunsuz olaraq yerləşdirdiyi insanların rayondan çıxarılması üçün əlavə 10 gün vaxt istədi. Ona görə də Azərbaycan dövləti öz humanist xarakterini bir daha nümayiş etdirməklə Rusiya Prezidenti Vladimir Putinin xahişini nəzərə alaraq müddəti noyabrın 25-dək uzatdı.

Xatırladaq ki, terrorçu-işğalçı erməni silahlı dəstələri 1993-cü il aprelin 2-də Kəlbəcəri işğal etmişdi. İşğal nəticəsində 53 340 nəfər öz yurdundan didərgin düşüb, 55 hərbçi, 511 mülki sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb, minlərlə sakin yaralanıb.

Tarix
2023.11.25 / 00:20
Müəllif
Axar.az
Digər xəbərlər

Bu tibb müəssisələri Səhiyyə Nazirliyinin tabeliyinə verildi

Qaradağlı faciəsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olundu

Arutyunyan Şuşanın işğalı əməliyyatından danışdı: Guya...

Balasanyandan Putinə: Kömək et, Qarabağa qayıdaq!

Moskvada parad vaxtı Netanyahu və Ərdoğanın Bakıya gəlişi...

Pakistan-Hindistan gərginliyi: XİN açıqlama yaydı

Çin Pakistanı seçdi, Modi Rusiyadan imtina etdi - Nə olacaq?

44 günlük savaş: erməni generallar əsgərləri belə öldürüb - Video

Nikolun Minsk qrupu gedişi: Məqsəd Bakıya təzyiqdir…

Mən həmin vaxt əsayla gəzirdim… - İşxanyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla