Yuxarı

“Ermənilər çox çalışdı, ancaq…”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Ermənilər çox çalışdı, ancaq…”

Məruzəçi Milica Markovuç Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə bitişik bölgələrimizdə ermənilərin qeyri-insani əməlləri nəticəsində yaranmış su problemi, onun insanlarımızın həyatına ciddi təsiri ilə bağlı geniş çıxış edərək, AŞPA-nın bu vəziyyətin aradan qaldırılması üçün addımlar atmalı olduğunu bildirdi.

Bu barədə Axar.az-a açıqlamasında millət vəkili Qənirə Paşayeva məlumat verib. Deputat bildirib ki, rəsmi İrəvanın qeyri-insani əməllərdən əl çəkməyə çağıran sənədin qəbulu böyük uğurdur:

"Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdlə içməli sudan məhrum edilməsi" adlı sənəddə Ermənistanın işğalçılığı birmənalı şəkildə vurğulanır, insanlığa qarşı addımları, Sərsəng su anbarı ilə bağlı məsələ geniş şəkildə öz əksini tapır. Ermənistanı və onun nümayəndə heyətini kəskin tənqid edən məruzəçi rəsmi İrəvanın məsələni yerində araşdırmaq üçün onu işğal etdikləri Azərbaycan bölgələrinə buraxmadığı, məruzəçi ilə əməkdaşlıqdan imtina etdiyi səbəbindən şiddətlə qınadı. Ermənistan, erməni lobbisi və dəstəkçilərinin bütün səylərinə, düzəliş və təkliflərinə baxmayaraq, Azərbaycan torpaqlarının işğal faktı qəbul edilən sənəddə birmənalı şəkildə öz əksini tapdı. Ermənistanla bərabər onların Avropadakı dəstəkçilərinin də Azərbaycan əleyhinə çox çalışmasına baxmayaraq, belə bir sənədin qəbulu çox ciddi məsələdir. Azərbaycan bütün beynəlxalq təşkilatlarda işini daha da gücləndirir".

Tarix
2016.01.26 / 21:57
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? - Video

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla