Yuxarı

Ermənistana qayıdış: İrəvan razılaşmanı necə pozur?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistana qayıdış: İrəvan razılaşmanı necə pozur?

İlham Əliyev “Avronyus”a müsahibəsində bildirdi ki, ermənilərin Azərbaycana qayıdışı azərbaycanlıların Ermənistana qayıdışı ilə eynilik təşkil edir.

Azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı məsələsi indiyə qədər danışıqlar masasında müzakirə olunub: 15 iyulda Brüsseldə keçirilən üçtərəfli görüşdə “tərəflər öz ərazilərində milli azlıqların hüquqlarının təmin edilməsinə təminat verməyə qarşılıqlı şəkildə razılaşıb”; bu görüşdən 10 sonra – 25 iyulda XİN rəhbərlərinin Moskva görüşündə də eyni məsələ gündəmə gəlib.

Qarabağda erməni separatizminin ləğvindən sonra Ermənistanın erməni əhalini kütləvi şəkildə bölgəni tərk etməyə sövq etməsinin arxasındakı hədəflərdən biri də budur: erməni əhalisi Qarabağda Azərbaycan vətəndaşı olaraq yaşayacaqdı, onların hüquqları təmin olunacaqdı və bu, İrəvanın da azərbaycanlıların Qərbi Azərbaycana qayıdışını təmin etməsinin vacibliyini aktuallaşdıracaqdı; İrəvan erməniləri Qarabağdan çıxarmaqla bu məsələdən yayınır, eyni zamanda, artıq Ermənistanda olan “Qarabağın erməni əhalisindən” Bakının azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı tələbindən imtina etməsinə qarşı kart kimi istifadə edəcək.

Hərçənd, azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı məsələsi sülh danışıqlarında həll edilməsə belə, rəsmi Bakı üçün prioritet istiqamətlərdən biri olaraq qalacaq. Çünki “Qarabağın erməni əhalisi”ndən fərqli olaraq, Qərbi azərbaycanlılar beynəlxalq hüquqa uyğun, qaçqın sayılır və Ermənistan ərazisində mülkiyyət haqları var.

Tarix
2023.12.10 / 07:00
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla