Yuxarı

“Bu, AŞ PA-ya baş ucalığı gətirmir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Bu, AŞ PA-ya baş ucalığı gətirmir”

Əgər Avropa Şurası Parlament Assambleyasında Dağlıq Qarabağa dair qətnamə ilə bağlı səslərin sayılmasında həqiqətən də saxtakarlıq olubsa, mən bunu bütövlükdə Avropanın ən vacib qurumlarından biri olan AŞ PA üçün o qədər də başucalığı gətirməyən hadisə hesab edirəm.

Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi, Baş nazirin müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.

Ə.Əhmədov bildirib ki, AŞ PA-da Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması ilə əlaqədər qərarın qəbul edilməsinə mənfi münasibət göstərilməsi və nəticə etibarilə Dağlıq Qarabağla bağlı qətnamənin qəbul edilməməsi AŞ PA-ya baş ucalığı gətirmir:

"Ən azından ona görə ki, AŞ PA Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi faktını təsdiq edib. İkinci dəfə əks mövqenin nümayiş etdirilməsi düzgün hal sayıla bilməz. Digər tərəfdən, çox təəssüfedici hal ondan ibarətdir ki, Minsk qrupunun həmsədrləri AŞ PA-da belə bir qərarın qəbul edilməməsi üçün əllərindən gələni etdilər ki, bu da bütövlükdə bizi Minsk qrupunun hansı məqsədə xidmət etdiyi haqqında düşünməyə vadar edir".

Tarix
2016.01.30 / 13:29
Müəllif
Axar.az
Digər xəbərlər

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

İrəvan Bakı ilə enerji əməkdaşlığını nəzərdən keçirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla