Yuxarı

“Onlar Qarabağ məsələsində İrana isti yanaşmazlar...”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Dağlıq Qarabağ məsələsində iki beynəlxalq güc-Rusiya və Amerika əsas rol oynayırlar.

Bu barədə Axar.az-a Dağıq Qarabağ məsələsində İranın vasitəçilik təklifinin gündəmə gəlməsi ilə bağlı politoloq Qabil Hüseynli deyib. Sabiq dövlət müşavirinin sözlərinə görə,beynəlxalq güclər İranın Dağlıq Qarabağ məsələsinə qarışmasına isti münasibət bəsləməzlər:

"İran Azərbaycana olan dostluq münasibətlərini sübut edəcək addımlar ata bilmir və yaxud da ciddi tərəddüdlər içərisindədir. İran Ermənistanla əlaqələri genişləndirir və iki ölkə arasında bir qapı açılır. Bu baxımdan da münaqişənin nizamlanmasına məsul olan bir dövlət kimi İranın gündəmə gətirilməsi arzuolunan deyil. Çünki əsas məsələ Türkiyənin ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri sırasına daxil edilməsidir, ancaq hələ buna nail olmamışıq. Görünür, İran bölgədə hegemonluğunu təsdiq etmək üçün bu münaqişədə iştirak etmək istəyir. Bu isə İrana siyasi dividentlər üçün lazımdır. Əgər İran istəsəydi, heç bir vasitəçilik iddiası olmadan belə ilk növbədə Ermənistanla ticarəti əlaqələrini dondurardı. Nə qədər ki, bu baş verməyib, hər hansı bir vasitəçilikdən söhbət belə gedə bilməz. Bu yaxınlarda Azərbaycan prezidentinin İrana səfəri gözlənilir. İkili münasibətlərlə yanaşı, çox güman ki, Dağlıq Qarabağ mövzusunda da fikir mübadiləsi aparılacaq. Hazırda Dağlıq Qarabağ məsələsində iki beynəlxalq güc-Rusiya və Amerika əsas rol oynayırlar. Odur ki, beynəlxalq güclər İranın bu işə qarışmasına isti münasibət bəsləməzlər".

Tarix
2016.01.31 / 10:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla