Yuxarı

Fransadan Azərbaycana qarşı növbəti addım - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fransadan Azərbaycana qarşı növbəti addım - Foto

Fransanın son zamanlar kəskin şəkildə güclənən antiazərbaycan siyasəti indi mədəniyyət və incəsənət sahəsinə də keçib.

Axar.az Fransanın “Le Messager” nəşrinə istinadən xəbər verir ki, hələ 2015-ci ildə Azərbaycanın İsmayıllı şəhəri ilə dostluq və əməkdaşlıq xartiyası imzalayan Fransanın Evian-le Ba şəhərinin meriyası bu yaxınlarda mədəniyyətə düşmən münasibət bəsləyən qərar qəbul edib.

Belə ki, qərara əsasən “Azərbaycan parkı”nın qeyd olunduğu bütün yazılar yığışdırılacaq. Xatırladaq ki, “Azərbaycan Parkı” 2017-ci ildə açılıb.

Fransız nəşrinin məlumatına görə, bazar ertəsi, dekabrın 18-də müxalifət nümayəndələri bələdiyyə şurasından şəhərdə bu parkın adı çəkilən bütün lövhələrin rəsmən götürülməsini tələb ediblər.

Şəhərin meri Jozian Leyin sözlərinə görə, artıq “Azərbaycan parkı” ilə bağlı bütün istinadlar silinib.

Qeyd olunub ki, şəhər rəhbərliyinin son qərarına səbəb Fransanın Ermənistana “sevgisi” olub.

Bu arada, görünən odur ki, Azərbaycan mədəniyyətinin düşmənləri indi diqqətlərini məşhur Azərbaycan şairəsi Xurşidbanu Natəvanın 2017-ci ildə ucaldılan abidəsinə yönəldiblər.

Merin müavini Jan-Pyer Amadio Xurşidban Natəvana ehtiramını bildirərək abidənin müdafiəsinə qalxıb:

“O, azad qadın kimi tanınır və Eviandakı abidədə örtüksüz təsvir edilib. Əlbəttə, biz erməni xalqını dəstəkləyirik, lakin mədəniyyət və incəsənət xalqları və ölkələri birləşdirən ən etibarlı körpüdür. Hər şeyi aradan qaldırıb bu körpüləri dağıtmalıyıq?”.

Fransa şəhərinin meriyasının bu addımı son vaxtlar Fransada hökm sürən mədəni şovinizm, ksenofobiya, qərəz və digər mədəniyyətlərə qarşı dözümsüzlük siyasətini nümayiş etdirir.

Tarix
2023.12.22 / 23:13
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ da, Rusiya da bu ölkədə uduzdu: udan kimdir?

ABŞ bu kartı İranın əlindən alır - Eskalasiya olacaq?

İmtahan sualında Darek və Marek adı... - Video

Tezliklə “Tramp Marşrutu” ilə bağlı böyük hadisə olacaq

ABŞ Hörmüz boğazını niyə bloklayır?

Keçmiş sədrdən Hesablama Palatasına tövsiyələr

Bu, Hacıyev üçün çox çətindir – Ermənilər anlamalıdır!

Azərbaycanda bizə dedilər ki... - Minasyan

Hörmüz blokadaya alınsa, İran nələr itirəcək?

Magyar elə Orbanın öz layihəsidir – Dosyeyə baxın!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla