Yuxarı

Ziya Məmmədov sahibkarlarla görüşdü - Ucarda

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəqliyyat naziri Ziya Məmmədov fevralın 1-də Ucar rayonunda ictimaiyyət nümayəndələri və sahibkarlarla görüşüb. Görüşdə şəhər sakinləri regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin nitqindən irəli gələn məsələlər, verilən tapşırıqlar, nəzərdə tutulan tədbirlər barədə daha yaxından məlumatlandırılıblar.

Axar.az Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən görüşü rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov açıb. İcra hakimiyyətinin başçısı son illərdə rayonda reallaşdırılan sosial-iqtisadi layihələrdən, bu gün dünyanı bürüyən maliyyə-iqtisadi böhran şəraitində Prezident İlham Əliyevin tapşırığı ilə bölgələrdə keçirilən bu cür görüşlərin əhəmiyyətindən danışıb.

Sonra çıxış edən nazir Ziya Məmmədov diqqəti Prezident İlham Əliyevin Dövlət Proqramının ikinci ilinin yekunlarına həsr edilən konfransdakı nitqinə, qarşıya qoyulan konkret vəzifələrə yönəldib. Dövlətimizin başçısının "Azərbaycanın inkişafı bölgələrin inkişafından keçir" sözlərini xatırladan nazir, Prezidentin bölgələrə diqqət və qayğısının regionların sosial-iqtisadi inkişafına böyük təkan verdiyini vurğulayıb.

Ötən ilin dünyada dərinləşən iqtisadi və sosial böhran ili kimi yadda qaldığını xatırladan nazir, son 12 ildə Azərbaycanda bütün sahələrdə qazanılan nailiyyətləri konkret faktlarla diqqətə çatdırıb.

Bildirilib ki, dünyadakı iqtisadi böhran, neftin dəfələrlə ucuzlaşması qarşıya ölkəmizdə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın neftdən asılılıqdan tam azad edilməsi kimi mühüm vəzifələr qoyub. Bu sahədə dövlətimizin başçısının verdiyi konkret tapşırıqlar xalq tərəfindən də dəstəklənir.

Görüşdə çıxış edən ağsaqqallar, ziyalılar, sahibkarlar ölkəmizin çiçəklənməsi, xalqımızın güzəranının yaxşılaşdırılması ilə əlaqədar görülən işlərə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Nazir Ziya Məmmədov təklif və müraciətləri dinləyib, rayonda sahibkarlığın inkişafı, sosial-iqtisadi sahədə daha böyük uğurların qazanılması ilə əlaqədar işgüzar fikir mübadiləsi aparıb.

Sonda əlaqədar qurumlara konkret tapşırıqlar verilib.

Tarix
2016.02.01 / 19:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

NATO tankları Moskvanın mərkəzində - Foto

Türkiyə bu ölkə ilə ticarəti kəsdi: milyardlardan imtina etdi

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla