Yuxarı

Qarabağda toqquşmalardan narahatıq - Almaniya

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağda toqquşmalardan narahatıq - Almaniya

Almaniya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların ATƏT-in Minsk Qrupunun himayəsi altında intensivləşdirilməsinin tərəfdarıdır.

Report-un məlumatına görə, bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, Almaniya Xarici İşlər naziri Frank-Valter Ştaynmayer Avropada təhlükəsizlik məsələsinə həsr olunmuş məqaləsində yazır.

"Təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində baş verən toqquşmalar bizə narahat olmağa əsas verir", - fəaliyyətdə olan sədrin məqaləsində deyilir.

Almaniyanın XİN başçısının fikrincə, münaqişənin həlli istiqamətində daha bir mühüm addım atəşkəs rejiminin pozulmasının araşdırılması mexanizminin yaradılmasıdır.

Ştaynmayer vurğulayır ki, Dnestryanı, Dağlıq Qarabağ və Cənubi Qafqazdakı həll olunmamış münaqişələri "dondurulmuş" hesab etmir.

"Hər il bu münaqişələr sadə əhaliyə çətinliklər yaradır, eləcə də regionda durğunluq yaradır. Biz iqtisadi mübadilənin artırılması kimi kiçik, amma real addımlar ataraq atəşkəsi sabitləşdirmək, inam yaratmaq və insanların həyatını yaxşılaşdırmaq istəyirik", - Almaniya xarici işlər naziri naziri yazıb.

Tarix
2016.02.04 / 11:22
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla