Yuxarı

Ciddi məsələ olsa, qardaşım Ərdoğana zəng edərəm

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

2024.01.10 - 21:50

Prinsipcə, deyə bilərəm ki, mən, ümumiyyətlə, çox nadir hallarda hansısa dövlət başçısını telefon zəngi ilə narahat edirəm. Çünki hesab edirəm ki, mənim həmkarlarımın hamısı çox məşğul insanlardır və elə bir ciddi mövzu yoxdur ki, bu mövzu ilə bağlı nəsə təcili demək lazımdır.

Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində deyib.

"Adətən hər hansı bir mövzu olanda Xarici İşlər Nazirliyi vasitəsilə bu mesajlar göndərilir, ya da ki, köməkçim vasitəsilə. Mən dövlət başçılarının bəzilərini ancaq onların doğum günlərində telefonla zəng edib təbrik edirəm. Əlbəttə ki, İkinci Qarabağ müharibəsi zamanı ən çox telefonla danışdığım insanlar Türkiyə Prezidenti və Rusiya Prezidenti idi. Bu da təbiidir, Türkiyə Prezidenti müharibənin ilk günündən son gününə qədər bizim yanımızda idi və Azərbaycana verdiyi siyasi və mənəvi dəstək bir çoxlarına bir mesaj idi. Bu, sadəcə olaraq, Azərbaycan xalqına həmrəylik və dəstək mesajı deyildi. Bu, müharibəyə qarışmaq istəyənlərə bir ciddi mesaj idi ki, kənarda durun. Ona görə Azərbaycan xalqı bunu heç vaxt unutmamalıdır və daim zəngləşirdik, söhbətləşirdik, mənim qardaşım Rəcəb Tayyib Ərdoğan maraqlanırdı müharibənin gedişatı ilə bağlı və məni Şuşa qələbəsi münasibətilə ilk təbrik edən də o olmuşdur. Prezident Putinlə də dəfələrlə söhbətim olmuşdur. Çünki bilirsiniz ki, Rusiya bir neçə dəfə müharibəni dayandırmaq üçün səylər göstərmişdi və mən də şərtləri qoymuşdum. Mən hələ oktyabrın ilk ongünlüyündə aramızda olan telefon söhbəti zamanı demişdim ki, biz dayanmağa hazırıq, amma şərtlərimiz var. Onlar bizim torpağımızdan çıxmalıdır və mənə tarix verməlidir, təqvim verməlidir nə vaxt çıxacaq. Mən artıq bunu Azərbaycan ictimaiyyətinə də dedim, yəqin ki, yadınızdadır.

Mənim televiziya çıxışlarım da yəqin yadınızdadır ki, Ermənistan bizə vaxt versin, tarix versin və biz müharibəni dayandırmağa hazırıq və belə də oldu. Noyabrın 10-da bizə tarix verildi və biz müharibəni dayandırdıq. Ona görə təmaslar daha çox bunun ətrafında idi və əlbəttə ki, noyabrın 9-da, dediyim kimi səhərdən noyabrın 10-da erkən saatlara qədər bu razılaşma, mətn razılaşması prosesi getmişdir. Bu gün prinsip etibarilə mən kimi doğum günü münasibətilə təbrik edirəm, bu mətbuatda var. Məni də kim təbrik edir, onların sayı çox deyil, 4-5 Prezidentdir, mən tərəfimdən də 4-5 Prezidentə zəng edib telefonla təbrik edirəm. Amma yəqin bu gün əgər hansısa ciddi bir məsələ ölkəmiz qarşısında dursa, əlbəttə, ilk növbədə, qardaşım Rəcəb Tayyib Ərdoğana zəng edərəm, onu məlumatlandıraram", - dövlət başçısı müsahibəsində söyləyib.

Tarix
2024.01.11 / 01:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ölkənin xarici borcunun azalması... - Deputat

MM-in payız sessiyası başlayır: mandatlar veriləcək

Bakı bu ölkə ilə də razılaşdı: onlar üçün viza ləğv edilir

Bayramov Berbokla görüşdü: sülhə hədə törədən təhdidlər...

Nikol Bakının önündə geri çəkildiyini elan etdi - Surenyants

BMT-də Ermənistanın sürətlə silahlanması müzakirə olundu

Ukrayna Belqoroda hücum etdi: yaralılar var

Ukraynada azərbaycanlı nazir müavini təyin olundu

Bayramov səudiyyəli həmkarı ilə bunları müzakirə etdi

Mehdiyevin qızı binanı sata bilmədi, 6 milyon ucuzlaşdı

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla