Yuxarı

Qarabağla bağlı risklər artır: Qərb hər an...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dondurulmuş münaqişələri bütövlükdə region üçün barıt çəlləyi hesab etmək olar.

Bunu Axar.az-a Dağlıq Qarabağ münaqişəsinin dondurulmuş vəziyyətinin regiona artan riskləri barədə danışarkən politoloq Qabil Hüseynli deyib. Sabiq dövlət müşaviri bildirib ki, postsovet məkanındakı dondurulmuş münaqişələrin saxlanılması hazırda da Rusiya üçün önəmli məsələdir:

"Məsələnin nizama salınması üçün yaradılmış beynəlxalq təşkilatların işini pozan da elə Kremldir. Çünki sözügedən təşkilatlar Moskvanın maraqlarına əsas maneədir. Görünür, burada Rusiya ilə yanaşı, başqa dövlətlərin də maraqları var. Dondurulmuş münaqişələrin saxlanılması getdikcə bütövlükdə region üçün təhlükəli tendensiyaya çevrilir. Bu, birbaşa regiondakıticari və iqtisadi əlaqələri iflic edir, dövlətlər arasında düşmənçilik toxumu səpməklə münaqişələrin yenidən alovlanmasına və daha geniş sahələri əhatə etməsinə əlverişli şərait yaradır. Qarabağ münaqişəsinin hazırkı vəziyyəti bütövlükdə region üçün barıt çəlləyidir. Başda BP olmaqla, bir sıra Qərb şirkətləri Azərbaycana xeyli sərmayə yatırıb. Bakı-Ceyhan, Bakı-Ərzurum, Avropa ilə Asiyanı birləşdirən böyük enerji və nəqliyyat dəhlizlərinin başa çatdırılması prosesi gedir. Moskva və İrəvanın status-kvonunsaxlanılmasınayönəlik addımları vəziyyəti müharibə ilə əvəzləyə və nəticədə bütün infrastruktur layihələrini məhv edə bilər. Qərbbu cür təhlükəli risklərin fərqindədir və çox güman ki, yatırılan iri sərmayələrinin ziyan görməməsi üçün Dağlıq Qarabağın artıq dondurulmuş münaqişə formatından çıxması istiqamətində səylərini artıracaq".

Tarix
2016.02.09 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

ABŞ-dan yeni "dalğa": Şuşa açıqlaması və 600 min rüşvət…

İlham Əliyev və Rəisi bu iki bəndin açılışında iştirak edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla