Yuxarı

Rus-türk konfliktində kritik hədd: İrəvan Moskvanı...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəsmi Bakının regionda hər hansı bir ittifaqda yer alacağına inanmıram.

Bunu artan Rusiya-Türkiyə gərginliyi fonunda Azərbaycanın hər hansı bir ittifaqda yer alması məsələsinə aydınlıq gətirərkən Axar.az- politoloq İlqar Vəlizadə deyib. Ekspert bildirib ki, Rusiya və Türkiyə arasında gərginlik hələ ki, kritik həddi keçməyib:

"Regionda hərbi ittifaqların yaranmasına əslində hüquqi əsas yoxdur. Məsələn, Türkiyə-Gürcüstan-Azərbaycan hərbi ittifaqından söz açılır. Ölkələr arasında siyasi əməkdaşlıq gücləndirilə bilər, ancaq hər hansı bir hərbi birlikdən söhbət gedə bilməz. Türkiyə NATO üzvüdür, Azərbaycan və Gürcüstan isə bu alyansın üzvü deyil. Rəsmi Bakı hər hansı bir hərbi blokda yer almayacaq. Lakin Azərbaycan Türkiyə ilə müttəfiqlik səviyyəsini daha da gücləndirə bilər. Hazırda Rusiya və Türkiyə arasında hərbi qarşıdurma mümkünsüzdür. Belə bir vəziyyətdə də çətin ki, Azərbaycan hansısa bir tərəfin planlarında yer alsın. İki ölkə arasındakı hərbi-siyasi gərginlik əlbəttə ki, Azərbaycanı da narahat edir. Gedişat göstərir ki, hökm sürən gərginlikdə üçüncü qüvvələr və Ermənistan maraqlıdır. İrəvan Moskvanı hərbi avantüralara çəkmək istəyir. Bu isə daha irimiqyaslı problemlərə yol aça bilər. Hələ ki, Rusiya və Türkiyə kritik həddi keçməyib. Ancaq iki ölkə arasındakı gərginlik bu xətti keçərsə, onda Azərbaycan müvafiq addımlar atmağa məcbur olacaq".

Tarix
2016.02.10 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla