Yuxarı

Leyla Əliyeva: "Hər şey ideyadan başlayır..."

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Leyla Əliyeva: "Hər şey ideyadan başlayır..."

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) "AMOR" jurnalının yeni nömrəsi çapdan çıxıb. Jurnalın baş redaktoru RAGB-ın rəhbəri Leyla Əliyevadır.

Axar.az xəbər verir ki, yeni nömrə ideyaya həsr olunub, ideya isə məlum olduğu kimi, gerçəkliyin əbədi nümunəsidir. Elə baş redaktor Leyla Əliyevanın giriş sözləri də "Hər şey ideyadan başlayır..." sərlövhəsi ilə verilib. Leyla Əliyeva hesab edir ki, "heç bir cəsarətli layihə onun əsasını təşkil edən, gerçəkləşməsinin təməli olan parlaq fikirsiz baş tuta bilməz". Onun fikrincə, ideya çoxdankı arzudan da doğa bilər, tamamilə təsadüfən də ağla gələ bilər, yaxud uzun sürən tədqiqatların nəticəsi, birgə işin bəhrəsi ola bilər. Leyla Əliyeva yazır: "Amma əgər ideya yaranıbsa, hətta ilk baxışda nə qədər ağlasığmaz görünsə belə, onu əldən verməmək, ona möhtəşəm, bəlkə də bizi dəyişdirəcək, hətta bütün dünyaya təsir göstərəcək nəyəsə çevrilmək şansı vermək lazımdır".

Müəllif hesab edir ki, "ola bilsin, Azərbaycanda qlobal tədbirlər – "Eurovision", Olimpiya səviyyəli idman yarışları, irimiqyaslı beynəlxalq forumlar keçirmək fikri də əvvəlcə çətinliklə həyata keçirilə biləcək tədbirlər kimi görünürdü. Amma hamımız birlikdə bunun öhdəsindən mükəmməl gəldik, gələcək üçün də yüksək plankalar müəyyən etdik".

Leyla Əliyeva qeyd edir ki, "AMOR" jurnalının yeni nömrəsinin səhifələrinin çoxu ölkələri dəyişdirən, müəlliflərinə öz adlarını tarixə yazmağa kömək edən, hətta dəfedilməz maneələr ortaya çıxanda belə, yolunu axıradək davam etdirməyə ruhlandıran ideyalara həsr olunub. Hər belə hekayətin arxasında insanlar dayanır. Baş redaktor fikrini belə tamamlayır: "Bizim kimi insanlar. Əgər onlar buna müvəffəq olublarsa, onda nə üçün risk etməyək? Bu cəhd ən pis halda təcrübənizi zənginləşdirəcək. Ən yaxşı halda isə sizin nailiyyətləriniz başqalarına kömək edəcək, elmi irəli aparacaq, kimisə uğurlu ideyalara ruhlandıracaq".

"Persona qrata" bölməsinin qəhrəmanı Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevadır. Azərbaycanın birinci xanımının həyatı, onun Heydər Əliyev Fondunun prezidenti və Azərbaycan Gimnastika Federasiyasının prezidenti vəzifələrində fəaliyyətini öyrənmək oxucular üçün maraqlı olacaq. Məqalədə Mehriban Əliyevanın gənclərin təhsil və tərbiyəsinə böyük diqqət göstərməsi xüsusi vurğulanır. "Odlar Yurdunun birinci xanımı" sərlövhəli məqalədə deyilir: "Başqalarına yardım etməyə daim hazır olmaq Mehriban xanımın əsas həyat prinsiplərindən biridir. Yalnız başqalarına ürəyi yanan, onların dərdinə şərik olmağı, sözdə deyil, işdə kömək etməyi bacaran incə qəlbli insan öz ad gününü uşaq evlərinin və internat məktəblərinin yetirmələri ilə birlikdə bayram edə, yanğın zamanı zərər çəkmiş körpəyə baş çəkə, talassemiyadan əziyyət çəkən pakistanlı uşaqlar üçün iftar süfrəsi təşkil edə bilər".

Jurnalın təzə nömrəsində oxucuları, həmçinin RAGB-ın Lipetsk və Həştərxan bölmələrinin fəalları, "IDEA" kampaniyasının 5 illiyinə həsr olunmuş məqalə, "Murad Dadaşovun həyat qaydaları", keçmiş bakılı, hazırda amerikalı "Çarli Çaplin" Üzeyir Novruzov, Azərbaycanın 12 möcüzəsi və gənclər üçün aktual mövzuların toxunulduğu bir çox digər materiallarla görüş gözləyir.

Tarix
2016.02.11 / 23:11
Müəllif
Axar.az
Digər xəbərlər

Ümidvaram buna görə Trampa Nobel mükafatı veriləcək

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla