Yuxarı

Ermənilərə deyiblər ki, Əskiparaya girməyin, bizim deyil

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilərə deyiblər ki, Əskiparaya girməyin, bizim deyil

Xəbər verdiyimiz kimi, Ermənistanın hələ də işğalı altında olan Yuxarı Əskiparaya girmək istəyən “Döyüş qardaşlığı” icmasının üzvləri Avetis Avetisyan və Henrik Mkrtçyan saxlanılıb, sonra isə bir daha bu kəndə girməmək şərti ilə azad ediliblər.

Axar.az xəbər verir ki, “Döyüş qardaşlığı”nın üzvü Hrant Ter-Abramyan erməni mediasına açıqlamasında onların saxlanılması və buraxılmasından danışıb.

O bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyan həmin kəndlərin (Qazaxın 7 və Naxçıvanın 1 kəndini – red.) Ermənistanın ərazisinə daxil olmadığını bildirib. Bu isə o deməkdir ki, həmin ərazilər Azərbaycana məxsusdur:

“2023-cü ilin yazından İncəsu (Noyemberyan) bələdiyyəsi ilə “Döyüş qardaşlığı” arasında əməkdaşlıq memorandumu imzalanıb, ona əsasən onlar yerli icmaların sakinləri üçün təlimlər keçirirlər. Azərbaycan mediası Ermənistan silahlı qüvvələrinin Yuxarı Əskiparada təxribatçı qruplaşmalar toplaması barədə xəbərlər yaydıqdan sonra onların fəaliyyətinə ciddi maneələr yaradılır”.

O, iddia edib ki, polis saxlanılanlara o ərazilərə girməməyi, o kəndlərin ermənilərə aid olmadığını deyib.

Buna baxmayaraq, polis idarəsi yalnız onların silahlarını yoxlamaq məqsədilə saxlanıldıqlarını vurğulayıb.

Qeyd edək ki, Nikol Paşinyan Azərbaycana aid 8 eksklavın Ermənistanın 29,8 min kv.km ərazisinə daxil olmadığını bildirmişdi.

Tarix
2024.03.04 / 16:06
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə Xəzərdə əməkdaşlığı gücləndirmək istəyirik - Meredov

Yəmən Nümayəndələr Palatasının sədri Bakıya gəldi

İlham Əliyev İordaniya nümayəndə heyəti ilə görüşdü

Yeni böhran: Polşa və Ukrayna düşmənə çevrilir?

Köçəryan Azərbaycana verilir? - Şərh

Bu şəxslərin hüquqları kobud şəkildə pozulub - XİN

İtaliya səfirliyi Bakıdan Tehrana qaytarıldı

İordaniya Nümayəndələr Palatasının sədri Bakıdadır

Bayramov Saidovla danışdı

Ermənistana daha 7 vaqon buğda göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla