Yuxarı

Evdən 3 min avro çıxdı: no-olsun, həbs səbəbidir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son aylar xüsusilə bəzi media nümayəndələrinə qarşı DİN-in keçirdiyi əməliyyatlara həm də beynəlxalq qurumlar həssaslıqla reaksiya verirlər: çünki ortada “media”, “jurnalist” sözü var və bunlar söz azadlığına, insan haqlarına, ifadə özgürlüyünə assosiasiya olunur.

DİN əməliyyat keçirirsə, yəqin ki, burada daxil olan məlumat, araşdırma və s. var və bu haqda qabaqcadan şübhəli iddia səsləndirmək niyyətindən uzağıq. Sadəcə, əməliyyatla bağlı qeyri-rəsmi informasiyalar gülməli vəziyyət yaradır.

Məsələn, ötən gündən beynəlxalq media qurumlarının yerli büroları və sosial şəbəkələrdə Toplum TV və “3-cü Respublika Platforması” adlı qurumda DİN-in genişmiqyaslı əməliyyat keçirdiyi, nəticədə “platforma”nın ofisindən 30 min avro, Toplum TV ilə əməkdaşlıq edən jurnalistin evindən isə 3100 avro “aşkarlandığı” haqda məlumat yayılıb. Və bu məlumatın ardınca da olduqca gülməli açıqlamalar başlayıb. Demək, “platforma” təmsilçiləri və vəkilləri o vəsaitin ofisdə olmadığı, pulun ora “qoyulduğunu” iddia edir. Jurnalistin evindən tapılan vəsaitlə bağlı iddia yoxdur – ancaq yəqin ki, onun tərəfdarları və müdafiəçiləri də eyni arqumentlə çıxış edəcəklər.

Əzizlərim, nə baş verir? Evdən, ofisdən, qurumdan, binadan bombamı tapılıb, minamı çıxıb, raketmi aşkar olunub? Ya külli miqdarda narkotikmi çıxıb ki, dərhal bunu təkzib etməyə başlamısınız?

Normal işçi heyəti olan qurumdan 30 min avro və yaxud bir evdən 3 min avronun çıxması cinayətdirmi? Bu “çılpaq” informasiyaya Avropada necə reaksiya verilər? Avro qadağanmı edilib? Bu ölkədə avro-dollar hər tinbaşı satılır-alınır, dövlətin özünün vəsaitləri belə yarıdollar, yarıavrodadır. 30 min avro bir kiçik qurumda aylıq maaş, ofis xərcindən başqa bir şey deyil, 3 min avro da bir ortabab evdən çıxası vəsaitdir.

İnanıram ki, Avropadakı ermənipərəst qurumlara bu cür çılpaq informasiya sevinc bəxş edir, tirajlanması isə Qərb cəmiyyətində təəccüb doğurur.

Bəs, avro niyə bu əməliyyatlarda əsas “maddi sübuta” çevrilib?

Çünki o avronun mənbəyi bəlli deyil: əgər qrantdırsa, hesaba köçürülməli, bəyan edilməli, xərclənməsi bank üzərindən həyata keçirilməldir. Nağdlaşdırılıbsa, bunun da izahı, sənədi, qəbzi, səbəbi ortada olur.

Heç bir dövlət qurumu bankdan nağdlaşdırılan avro, dollar, funt-sterliq, yen, tümənə... görə cinayət işi açmaz, buna səlahiyyəti yoxdur. Yəni istənilən qurum şəffaf işləməlidir, ələlxüsus da xarici qurumlardan qrantlar alıb, ölkədə “azad söz” adına iddia edən təşkilatlar. Onlara hansı qurumların hansı şərtlər daxilində nələr verdiklərini hələ bir kənara qoyuruq – ancaq ən azı, layihələrə ayrılan vəsaitlərin köçürülmə yolu ilə ölkəyə daxil olması təmin edilməli, onun xərclər smetası da şəffaf olmalıdır.

Bu şəffaflıq pozulduğu, vəsait “cibdən-cibə” daxil olduğu üçün tapılan nəinki 3 min avro, 100 avro da olur maddi sübut, qoyulur ortaya...

Amma izahı da ictimaiyyətə bu cür verilməlidir: vəsaitin ölkəyə, ofisə, evə hansı qanunsuzluqla daxil olması detallı açıqlansa yaxşıdır – yoxsa, “evdən 3 min avro tapıldı” informasiyasının kriminallığını heç kəs anlamaz, əksinə, bizə gülərlər...

Tarix
2024.03.07 / 12:50
Müəllif
Şeyx Teymur
Şərhlər
Digər xəbərlər

Paşinyan keşiş Baqratı susdurmaq üçün buna əl atacaq

Əliyev olmasaydı, ölkə parçalanacaqdı - Şvıdkoy

Azərbaycan iki ölkə ilə təlimə başlayır

İcmadan fransız səfirin çıxışına - Reaksiya

5 il əvvəl Paşinyana Kəlbəcər və Laçınla bağlı nə təklif edilib?

Delimitasiyaya etiraz edənlərə qarşı cinayət təqibi başladı

Bu gün Nikola qarşı mitinq olacaq - Sərkisyan ölkədən qaçdı

Fransadan 4 kəndin qayıtmasına - İlk reaksiya

Makron narahatdır: Szinpinlə Vuçiç nə edir?

Sərhəddə bu ərazi Ordumuzun nəzarətinə keçdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla