Yuxarı

Türk mediası ordumuzdan yazdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türk mediası ordumuzdan yazdı

Türkiyənin hakimiyyətyönümlü "Yeni Akit" qəzeti Azərbaycan ordusunun genişmiqyaslı hərbi təlimlərə başladığını yazıb.

Avropa.info xəbər verir ki, qəzet Azərbaycan Müdafiə Nazirliyinin bəyanatına istinadən ordumuzun döyüş hazırlığı vəziyyətinə gətirildiyini bildirib.

"Azərbaycan Silahlı Qüvvələri döyüşə hazırlıq təlimlərinə başlayıb. Müdafiə Nazirliyindən yayılan açıqlamada, hərbi birliklərin döyüşə hazır vəziyyətə gətirilməsi çərçivəsində təlimlərə başlandığı bildirilib. Təlimlərdə əsas məqsədin ordu birliklərində əmrlərin tətbiqi və komandirlərin idarə qabiliyyətinin inkişaf etdirilməsi olduğu qeyd edilib.

Xəbərdarlıq siqnalı ilə hərəkətə keçmə, xəbərləşmə, silah paylaması kimi hərbi mövzuların tətbiq edildiyi təlimlərdə , birliklərin toplanması, döyüş bölgələrinə kamuflyaj olaraq irəliləmə və zirehli vasitələrin hərəkət etdirilməsi kimi planların icra edildiyi bildirilib. Təlimlərə çox sayda əsgər və zirehli vasitə cəlb olunub" deyə qəzetin xəbərində qeyd edilir.

"Yeni Akit" qəzeti Azərbaycan torpaqlarının 20 faizinin erməni işğalçıları tərəfindən işğal olunduğunu da diqqətə çatdırıb.

Tarix
2016.02.20 / 01:41
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla