Yuxarı

“Türk siyasi elitası səhv etməsə, plan pozulacaq”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Türk siyasi elitası səhv etməsə, plan pozulacaq”

Ankara terrorunun arxasında duranlar Türkiyəni diz çökdürmək istəyən qüvvələrdir.

Bu sözləri Ankara teraktı fonunda Türkiyənin Suriya siyasətini dəyərləndirən Tofiq Abbasov Axar.az-a açıqlamasında deyib. Politoloq bildirib ki, sözügedən qüvvələr Türkiyəni xaosa çəkməklə bu ölkənin ərazisini hərc-mərcliyə sürükləməyə çalışırlar:

"Lakin belə bəd əməlləri törədənlər anlamırlar ki, Türkiyə özündə böyük qüvvəni tərənnüm edən məmləkətdir. Türk xalqı heç zaman imkan verməz ki, ölkəsi kimlərinsə oyun meydanına çevrilsin. Yaxın Şərqdə xaosun genişlənməsinə çalışan dairələr var və bu qüvvələr hazırda bir çox ölkələri ayaq altına almağı hədəf seçiblər. Ancaq bir məsələ var ki, Türkiyənin potensialı ilə zarafat etmək olmaz. Bu ölkə həmişə özünü müdafiə etmə qabiliyyətinə malik olub və bundan sonra da olacaq. İndiki vəziyyətdə əsas məsələ Türkiyə siyasi elitasının səhvlərə yol verməməsidir. Türkiyə ondan istifadə etmək istəyənlərə meydan vermədikcə öz təhlükəsizliyini qoruyub saxlayacaq".

Qeyd edək ki, 17 fevralda Ankarada baş verən teraktda 28 nəfər ölüb, 61 nəfər isə yaralanıb.

Tarix
2016.02.20 / 11:02
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İlham Əliyev braziliyalı həmkarını təbrik etdi

Azərbaycan haqda sözlərinizin nəticəsini anlayırsınız?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla