Yuxarı

Rusiya ordunu döyüş vəziyyətinə gətirir – Türkiyəyə görə

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ordusunun komandanlığı cənubdakı qoşunlarının döyüş hazırlığını yoxlayıb.

Axar.az "Obozrevatel" saytına istinadən xəbər verir ki, təlimlər tanınmamış Abxaziya, Cənubi Osetiya, o cümlədən Çeçenistan, Dağıstan, Ermənistanın Türkiyə ilə sərhədində, Krım yarımadası və Xəzər dənizində baş tutub.

Qoşunlar təlimlər zamanı dağlarda döyüşə də hazırlaşdırılıb. Eyni dövr ərzində Ermənistandakı Rusiya bazası 4 Miq-29 təyyarəsi ilə gücləndirilib. Abxaziyada isə S-300-lərin iştirakı ilə təlimlər keçilib. Təkcə Xəzər donanmasında baş tutan təlimdə mindən çox hərbçi iştirak edib.

Çeçenistandakı helikopter alayı isə zirehli texnikanın Gürcüstan və Ukrayna ilə sərhəddəki aerodromlara köçürülməsini həyata keçirib.

Təlimlər zamanı Kreml nüvə qüvvələrini də sınaqdan çıxarıb. Sibirdəki raket diviziyaları "Topol-M" ballistik raketini şərti sınaqdan keçirib.

Ukraynanın "Defans Ekspres" konsaltinq şirkətinin hərbi eksperti Sergey Zqurtsa Pskov vilayətindən Ermənistana qədər baş tutan təlimləri şərh edib:

"Ukrayna sərhədində və Krım yarımadasında baş tutan təlimlər Türkiyəyə qarşı yönəlib. Təlimlərin başa çatmasından sonra qoşunlar bu regionda mümkün fəaliyyətlərə qarşı tam döyüş hazırlığına gətiriləcək".

Tarix
2016.02.23 / 15:15
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Əsədov Ankarada mühüm iclasda: sənədlər imzalandı

Əsədov Əliyevin məktubunu Ərdoğana təqdim etdi

Rusiya-Ermənistan münasibətlərində həlledici an...

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Rusiyadan Bayramov-Mirzoyan görüşünə reaksiya

Baqrat bu “ordu” ilə Nikolu yıxmağa gedir - Video

Azərbaycan və Slovakiya strateji tərəfdaşlara çevrilir

Prezidentlər Birgə Bəyannamə imzaladılar

Azərbaycan-Bolqarıstan sənədləri imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla