Yuxarı

5 azərbaycanlı türk ölkəsində sui-qəsd etmək istədi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
5 azərbaycanlı türk ölkəsində sui-qəsd etmək istədi - Foto

Transmilli mütəşəkkil cinayətkar dəstənin üzvü olan Azərbaycan vətəndaşları saxlanılıb.

Axar.az 24.kg-ya istinadla xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin mətbuat mərkəzi məlumat yayıb.

Bildirilib ki, Qırğızıstanın milli təhlükəsizlik orqanlarının diqqətini beş əcnəbi çəkib: V.M.Əliyev, S.A.Bağırov, M.O.Əsgərov, M.S.Behbudov və Z.İ.Məmmədov.

“Daxil olan əməliyyat məlumatlarına görə, M.O.Əsgərov kriminal aləmdə “bradyaqa” statusuna malikdir. Kriminal mühiti gücləndirmək və oğru ideologiyasını yaymaq, habelə statusunu artırmaq məqsədi ilə cinayət ortaqları ilə birlikdə Qırğızıstana ölkə rəhbərliyinə sui-qəsd təşkil etmək məqsədi ilə gəlib. Postsovet məkanında təsiri olan bu qrup dövlətin (Qırğızıstanın) mütəşəkkil cinayətkarlığa qarşı fəal mübarizə siyasətinı qarşı bu addımı atmağa çalışıb”, - məlumatda qeyd edilib.

Vurğulanıb ki, cinayət planları Qırğızıstan Respublikasının Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin məhbuslar və azadlıqda olan şəxslər arasında cinayət ideologiyasından kütləvi şəkildə imtina etmək və dövlət siyasətini daha da dəstəkləmək üçün həyata keçirdiyi tədbirlər fonunda yaranıb.

Tarix
2024.03.23 / 15:54
Müəllif
Axar.az
Digər xəbərlər

Netanyahu İlham Əliyevi təbrik etdi

Bu şəxslər Ekvadora vizasız gedə biləcək

Xilaskarlıq missiyasını üzərinə götürən Heydər Əliyev...

14 maddəlik İran-ABŞ memorandumu – Tam mətn

MM Portuqaliyada səfirliyin təsis edilməsini təsdiqlədi

İlandağda Urartu yazısı “qalmaqalı”: İkinci imiş?!

Karapetyanın adamı elan etdi: Sülhə imkan verməyəcəklər!

Azərbaycan heç vaxt indiki qədər azərbaycanlıların olmayıb

İlham Əliyev Filippin prezidentinə məktub ünvanladı

İlham Əliyev Putini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla