Yuxarı

Bolqarıstan ilə ilk siyasi məsləhətləşmələr keçirilib

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bolqarıstan ilə ilk siyasi məsləhətləşmələr keçirilib

Fevralın 5-6-da Sofiya şəhərində Azərbaycan və Bolqarıstan arasında xarici işlər nazirlərinin müavinləri səviyyəsində ilk siyasi məsləhətləşmələr keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, siyasi məsləhətləşmələrdə Azərbaycanı təmsil edən xarici işlər nazirinin müavini Xələf Xələfov Bolqarıstanın xarici işlər naziri Kristian Viqenin, Xalq Məclisinin sədr müavini Maya Bojidova Manolova, iqtisadiyyat və energetika naziri Draqomir Yovçev, Prezidentin xarici siyasət üzrə katibi Tixomir Stoyçev və xarici işlər nazirinin müavini Angel Veliçkovla görüşlər keçirib.

Keçirilmiş görüşlər zamanı Azərbaycan və Bolqarıstan arasında əlaqələrin hazırkı səviyyəsindən məmnunluq ifadə edilərək, münasibətlərin daha da inkişaf etdirilməsi üçün əhəmiyyətli potensialın mövcud olduğu qeyd olunub.

X.Xələfov ikitərəfli əlaqələrin inkişaf dinamikasından söhbət açaraq, bu yaxınlarda "Şahdəniz-2" layihəsinin yekun sənədinin imzalanması hadisəsinin Azərbaycan tərəfindən Avropanın enerji təhlükəsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Məsləhətləşmələrdə hər iki tərəf ölkələrimiz arasında iqtisadi, humanitar, təhsil, turizm, kənd təsərrüfatı daxil olmaqla, bütün sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi ilə bağlı həmfikir olduqlarını vurğulayıb.

X.Xələfov Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında əlaqələrin mövcud durumuna dair məlumat verərək, ölkəmizin Aİ ilə strateji tərəfdaşlıq münasibətlərinin qurulmasının tərəfdarı olduğunu bildirib və bu istiqamətdə Aİ ilə viza rejiminin sadələşdirilməsi haqqında sazişin imzalanmasını, readmissiya haqqında sazişin isə paraflandığını qeyd edərək, onun da cari ildə imzalanmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.

O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair mövcud "status-kvo"nun dəyişdirilməsi zərurətini qeyd edərək, Aİ-nin də bu xüsusda təsirli səylər göstərəcəyinə inam ifadə edib.

Həmsöhbətlər keçirilmiş ilk siyasi məsləhətləşmələrin mühüm əhəmiyyətini qeyd edərək, aparılan müzakirələrin ikitərəfli münasibətlərin inkişafına xidmət edəcəyini bildiriblər.

Tarix
2014.02.07 / 20:16
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla