Yuxarı

İsraildən inanılmaz dəqiqlik: İran binasına nöqtə zərbəsi - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsraildən inanılmaz dəqiqlik: İran binasına nöqtə zərbəsi - Video

08:00

Xəbər verdiyimiz kimi, ötən gün İsrail aviasiyası Dəməşqdəki İran konsulluğunun binasına zərbə endirib.

Axar.az xəbər verir ki, İranın Suriyadakı səfiri Hüseyn Əkbəri İsrailin F-35 qırıcılarından 5 raket atdığını və konsulluq binasının tamamilə darmadağın edildiyini bildirib.

Onun sözlərinə görə, iranlı diplomatlar ölüb, dəqiq nə qədər adamın öldüyü dağıntılar tam təmizləndikdən sonra bilinəcək.

SEPAH isə artıq iki generalının, 5 zabitinin öldüyünü təsdiqləyib.

İsrailin zərbəsi ilə bağlı olduqca ilginc məlumat isə İran səfirliyinin yerləşdiyi binadır. Belə ki, sonda təqdim etdiyimiz fotolardan və xəritədən də görünür ki, Dəməşqin qərbində yerləşən İran konsulluğu İran səfirliyi ilə Kanada səfirliyinin düz ortasındadır və demək olar ki, arasında məsafə yoxdur.

İsrail zərbə endirdiyi vaxt konsulluq ərazisində SEPAH-ın məşhur briqada generalı Zahidi və müavini, o cümlədən yüksək rütbəli zabitlər orada olub.

Belə məlum olur ki, İsrail dəqiq kəşfiyyat məlumatı ilə hərəkət edib, konsulluqda mühüm toplantı olduğunu bilib və iki səfirliyin arasında yerləşən konsulluq binasına ardıcıl 5 olduqca dəqiq zərbə endirib. Konsulluq binası məhv edilərkən İran səfirliyinin binasının şüşələri qırılsa, müəyyən xırda dağıntılar olsa da, Kanada səfirliyinin binasında hər hansı zərərlər barədə heç bir açıqlama yoxdur.

Bu isə o deməkdir ki, İsrail 5 raketin hamısını “nöqtə atışı” ilə icra edib və bir metr sapma da yoxdur. Eyni zamanda, zərbə istiqaməti elə seçilib ki, Kanada səfirliyi zədələnməsin.

Tarix
2024.04.02 / 11:09
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ ifşa oldu: təyyarə gəmisinə ciddi ziyan dəyib - Foto

Azovda həlak olan azərbaycanlıların son sayı açıqlandı

Nəqliyyat Təlim Mərkəzinə direktor təyin edildi

XİN-dən vurulan gəmidəki vətəndaşlarımız barədə açıqlama

CNN-in Azərbaycanla bağlı böhtan məlumat yayması...

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Klintondan Heydər Əliyevə gözlənilməz zəng - Video

Azərbaycan XİN İsveçi təbrik etdi - Foto

İlham Əliyev İsveç Kralını təbrik etdi

Azovda həlak olan azərbaycanlıların yaxınları danışdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla