Yuxarı

Paşinyan Azərbaycanla bağlı bu məsələni gizlədir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paşinyan antirusiya siyasətinin Qərblə münasibətlərdə kömək etmədiyini anlayıb.

Axar.az xəbər verir ki, bu barədə erməni politoloq Suren Surenyants bildirib.

Onun sözlərinə görə, bu, hazırkı hakimiyyətin siyasətinin iflasa uğradığını, elan etdikləri “qırmızı xətlərin” çoxdan yaşıl rəngə boyandığını deməyə əsas verir.

Baş nazir Nikol Paşinyanın parlamentdəki çıxışını şərh edən ekspert qeyd edib ki, bu, əvvəldən axıra kimi Ermənistan hakimiyyətinin siyasətinin uğursuzluğunun dolayı etirafına bənzəyir:

“Əsl” və “tarixi” Ermənistan haqqında əfsanələr danışmaq əvəzinə, bu suala cavab vermək daha yaxşıdır: məndə etibarlı məlumat var ki, erməni tərəfi təklif mübadiləsi prosesində daim Ermənistan SSR-in sərhədlərinin bərpasında israrlıdır. Lakin Bakıdan cavab gəlir ki, Azərbaycanla Ermənistan arasında "yeni sərhədlər" təsdiq edilməlidir. İndi desin ki, onun siyasəti niyə bu nəticəyə gətirib çıxarıb".

Paşinyan daim sovet dövründən qalan sərhədlərin bərpasından danışır, lakin ikinci hissəni - Azərbaycanın Ermənistanla "yeni sərhədlər"in yaradılmasında israrlı olduğunu gizlədir.

Ekspert Paşinyanın parlamentdə hökumət saatı zamanı çıxışının şübhəli, qəribə, məntiqsiz və təhlükəli olduğunu bildirib:

"Paşinyanın mülahizələrində saxtakarlıq özünü büruzə verir. Bir halda o, KTMT sülhməramlılarının bu strukturun Ermənistanın ərazi bütövlüyünü tanımadığı üçün dəvət edilmədiyini bildirir, digərində isə deyir ki, onların ölkəmizdə yerləşdirilməsinə icazə verilməyib. Razılaşın ki, bu iki izahat məntiqi zəncirin həlqələrini birləşdirmir. İki fərqli səbəb eyni imtinaya bəraət qazandıra bilməz”.

Tarix
2024.04.12 / 10:00
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla