Yuxarı

Dağıdılan qəbiristanlıqla bağlı XİN-dən açıqlama – Rəsmi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dağıdılan qəbiristanlıqla bağlı XİN-dən açıqlama – Rəsmi

"Hazırda məsələ ilə bağlı araşdırma aparılır".

Bunu "Axar.az"a açıqlamasında Xarici İşlər Nazirliyinin Mətbuat katibi Elman Abdullayev deyib.

O, Gürcüstanda yaşayan azərbaycanlıların problemlərinin daim diqqət mərkəzində saxlanıldığını bildirib:

"Gürcüstanda yaşayan azərbaycanlıların gün-güzəranı ilə həmişə maraqlanmışıq. Gürcüstan misalında bizim səfirliyimiz, nümayəndəliyimiz daimi rayonlara səfər edərək, azərbaycanlıların problemləri ilə maraqlanırlar. Yenə də qeyd etmək istəyirəm ki, onlar bizim soydaşlarımızdır. Hazırda bununla bağlı məndə tam dəqiq məlumat yoxdur, amma səfirliyimizdə bununla bağlı araşdırma aparılır. Araşdırma bitən kimi ictimaiyyətə məlumat veriləcək".

Qeyd edək ki, bu gün saytımıza daxil olan məlumatda Gürcüstanın Qardabani rayonunun Candar kəndində azərbaycanlılara məxsus 300 illik tarixi qəbiristanlığın dağılmaq üzrə olduğu haqqında məlumat yer almışdı. Məlumatda həmçinin Gürcüstan hökumətinin bununla əlaqədar azərbaycanlıların müraciətini diqqətə almadıqları qeyd edilmişdi.

Tarix
2014.02.08 / 13:50
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla