Yuxarı

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması məsələsində Vaşinqton və Moskva bir-birini ittiham edir.

ABŞ Dövlət Departamentinin bəyan edib ki, sülhməramlı qoşunların Qarabağdan vaxtından əvvəl çıxarılması Rusiyanın etibarsız müttəfiq olduğunun sübutudur. Vaşinqtonun bu mesajda hədəfi Ermənistan ictimai rəyində Rusiyanı etibarsızlaşdırmaq istəyir.

Moskvada isə sülhməramlıların çıxarılmasını Ermənistanın Qarabağı Azərbaycan ərazisi kimi tanıması ilə əlaqələndirir, dolayısı ilə məsuliyyəti Paşinyan və Qərb tərəfdaşlarının üzərinə qoyurlar.

Bu qarşılıqlı ittihamlardan çıxan iki nəticə var.

Birincisi, hər iki tərəf - Rusiya və ABŞ “erməni maraqları” məsələsində ortaq nöqtədən çıxış edir:

- Müxtəlif coğrafiyalarda Rusiyaya qarşı mübarizə aparan, rus qoşunlarının çıxarılmasını tələb edən – Dnestryanı, Abxaziya kimi nümunələr var – ABŞ eyni addımın Qarabağda atılmasını istəmir;

- Bu addımı atmağa məcbur olan Rusiya Qarabağda belə vəziyyətlə üzləşməsini Paşinyanın “yanlış siyasəti” ilə əlaqələndirir və ermənilər qarşısında “təmizə çıxmağa” çalışır;

İkincisi, hər iki tərəf - Rusiya və ABŞ anlayır ki, Qarabağda artıq vəziyyəti dəyişdirə bilməyəcəklər, “günah keçisi” axtarışı da bundan qaynaqlanır;

Sülhməramlıların çıxmasından “Rusiyanı etibarsızlaşdırmaq” üçün istifadə edən ABŞ-da, ümumilikdə Qərbdə narahatlıq yaradan digər məqam erməni əhalisinin geriyə qayıdışı üçün son imkanın da sıradan çıxmasıdır. Ermənilərin geri qayıtması praktiki olaraq çətin olsa da, sülhməramlıların Qarabağda qalması bu “qapını aralı” saxlamağa imkan verirdi və hər iki tərəf – Qərb və Rusiya “ermənilərin qayıtması” ideyasından Azərbaycana qarşı təzyiq məqsədilə istifadə edirdi. İndi bu “qapı” da bağlandı. Zaxarovanın “Qarabağ ermənilərinin hüquqlarını və təhlükəsizliyini təmin etmək şərti ilə geri qayıtmaq imkanı olmalıdır, Azərbaycanın bununla bağlı qəbul etdiyi reinteqrasiya proqramını dəsəktəkləyirik” açıqlaması da ittihamlardan yayınmaq xarakteri daşıyır. İstisna deyil ki, bu prosesdə Qərb və Rusiyadan “erməni əhalisinə” verilən müxtəlif dəstək bəyanatları davam edəcək hərçənd, bu bəyanatların, fikirlərin Azərbaycan sərhədləri daxilində vəziyyətə təsir etməsi, yaxud nəyisə dəyişməsi imkanı artıq yoxdur.

Tarix
2024.04.19 / 09:00
Müəllif
Asif Nərimanlı
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla