Yuxarı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxildə insanlar İranın İsraillə münaqişəsini “raket şousu” olaraq dəyərləndirir. Əhali bunu belə görür. İranda yaşayan xalqlar hesab edir ki, İsrail İranın düşməni deyil. Hətta düşünürük ki, rejim üçün də İsrail düşmən deyil, sadəcə bir oyundur, siyasətdir yürüdürlər.

Bu sözləri Axar.az-a Güneydən olan milli fəal Sürgün Günəş İran-İsrail münaqişəsinə xalqın münasibətini şərh edərkən deyib.

Onun sözlərinə görə, hökumət hazırkı durumdan öz xeyrinə faydalanır:

“Əslində iqtisadi böhran içində boğulan İran rejiminə bu cür kiçik savaşlar sərf edir. Problemi xalqın gözündə belə üsulla çözdüyünü düşünür. İsrail tərəfdən hər hansı bir raket atılsa, rejimin ömrünü uzadacaq. Biz düşünürük ki, İsrailə raket hücumu Eyn əl-Əsəddə ABŞ hərbi bazasını vuranda baş verən hadisənin bənzəri idi. Yəni öncədən planlaşdırılmış bir məsələ idi. Tehran rejimi İsraili öncədən xəbardar etmişdi”.

Sürgün Günəş qeyd edib ki, İran və İsrail arasında ciddi müharibə riskinin olması real deyil:

“Xalq bunu anlayır, lakin onları başqa məsələlər də narahat edir. Belə bir xəbərlər gəzir ki, İsrail də yaxın günlərdə İrana cavab zərbəsi endirəcək. Hakimiyyət bundan narahat görünmür. Rejim İsraildən fərqli olaraq bizə bildirişlər, xəbərdarlıqlar, təhlükəsizliklə bağlı təlimatlar göndərməyib. Necə olur ki, İsrail öz vətəndaşlarına hücümdan bir neçə gün əvvəl tədbirli olmağı, özləri ilə ərzaq, su, bu kimi zəruri şeyləri öncədən götürməyi tövsiyə etmişdi. İranda elə şey yoxdur. Bunlar heç hökumətin fikrindən də keçmir. Əgər İsrail hücum etsə də, əminik ki, hakimiyyət ciddi bir addım atmayacaq. Bir-iki neft və neft-kimya mərkəzlərini vurub milləti ağır duruma salacaq. İsrail Xameneinin, yaxud SEPAH-ın yüksək rütbəli zabitlərinin, rejimə yaxın adamların evini vurmayacaq. Hədəfdə sadə, yazıq millət olacaq. Yaxud, atılan raketlərin səhvən yaşayış binasına düşməyəcəyinə kim zəmanət verir? İranın əsas obyektləri hədəfdədirsə, nüvə mərkəzlərinin vurulacağı deyilirsə, onun yaratdığı təhlükəni təsəvvür etmək belə çətindir? İran rejimi bunu düşünmürmü? Xalq arasında hər hansı təhlükəsizliklə bağlı tədbirlər, maariflənmə işləri aparmır. Yeraltı sığınacaqlar varmı, yoxmu heç bilmirəm. Zirzəmilər və qapalı yerlər İran-İraq müharibəsindən qalmadır. Onların da vəziyyətinin necə olması barədə heç nə bilmirik. Dörd tərəfi ilə düşmənçilik edən rejim xalqın təhlükəsizliyini düşünmür və əhalinin kritik günlərdə pənah apara biləcəyi yeni sığınacaqlar da yaratmayıb. Xalqın başına belə bir oyun gəlsə, lap ciddi müharibə olsa, ən azı bir raket atılsa, qaçıb gizlənməyə yerimiz yoxdur. Bunların həyəcan siqnalı ilə xalqı xəbardar edəcəklərinə də əmin deyilik. Hazırda belə bir panik vəziyyətdə günlərimizi sayırıq”.

Tarix
2024.04.19 / 08:30
Müəllif
Vüsalə İsgəndərova
Şərhlər
Digər xəbərlər

Şeyx delimitasiyaya xeyir-dua verdi

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

İrəvan delimitasiya zonasına 3 rayondan polis göndərdi

Bakı “Ukrayna forumu”na qatılır: Kremlin reaksiyası…

Bu fond Füzulinin Qoçəhmədli kəndini bərpa edəcək

Prezident Leonid Kalaşnikovu qəbul etdi

Azərbaycanda 5-ci nəsil qırıcı istehsalı... - Təcili

Bakı və Ankaranı cilovlamalıyıq ki... – Paşinyan

Paşinyan Başkənddən danışdı: Məsələni qaldırdıq...

"Qara beretlilər" sərhədimizdə “Üzük” əməliyyatı keçirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla