Yuxarı

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin İrana endirdiyi zərbələrdən sonra ölkədə uçuşlara məhdudiyyət tətbiq edilib.

Axar.az xəbər verir ki, “Fars” xəbər agentliyi İsfahanda aviabaza yaxınlığında partlayışlar olduğunu təsdiqləyib. Bildirilib ki, səhərə yaxın İsfahanın şimal-qərbində yerləşən hərbi aviabazanın yaxınlığında 3 güclü partlayış səsi eşidilib.

Partlayışlardan sonra hava hücumundan müdafiə sistemləri fəallaşıb və pilotsuz uçuş aparatı olduğu ehtimal edilən hədəfə atəş açılıb.

“Mehr” agentliyi “kiçik ölçülü PUA-ların” hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğu bildirib.

Bunun ardınca isə İranın bir çöx bölgələrində uçuşlar dayandırılıb.

Tehran, İsfahan, Şiraz, qərb, şimal-qərb və cənub-qərb bölgələrində bütün aviareyslər ləğv edilib.

Bununla yanaşı İran səmasından keçən təyyarələr marşrutlarını dəyişiblər.

İran ordusunun İsfahandakı yüksək rütbəli zabiti Siyavuş Mihəndust ciddi hadisə baş vermədiyini deyib:

“Hava hücumundan müdafiə sistemləri uçan şübhəli hədəfə atəş açıblar, heç bir xəsarət yoxdur”.

Tarix
2024.04.19 / 13:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

İrəvan delimitasiya zonasına 3 rayondan polis göndərdi

Bakı “Ukrayna forumu”na qatılır: Kremlin reaksiyası…

Bu fond Füzulinin Qoçəhmədli kəndini bərpa edəcək

Prezident Leonid Kalaşnikovu qəbul etdi

Azərbaycanda 5-ci nəsil qırıcı istehsalı... - Təcili

Bakı və Ankaranı cilovlamalıyıq ki... – Paşinyan

Paşinyan Başkənddən danışdı: Məsələni qaldırdıq...

"Qara beretlilər" sərhədimizdə “Üzük” əməliyyatı keçirir

Ermənilərin Vardanyanla bağlı şok planı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla