Yuxarı

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Argentina Respublikasındakı səfirliyinin Uruqvay Şərq Respublikasındakı diplomatik nümayəndəliyi tərəfindən Uruqvayın “El País” qəzetində Ermənistan səfirliyinin ölkəmizə qarşı səsləndirdiyi əsassız ittihamlarına cavab verilib.

Bu barədə Axar.az-a səfirlikdən məlumat verilib. Bildirilib ki, aprelin 24-də Uruqvayın ən nüfuzlu mətbu orqanlarından biri olan “El Pais” qəzetində Ermənistanın bu ölkədəki müvəqqəti işlər vəkilinin “Ermənistan səfirliyi erməni soyqırımının 109-cu ildönümünü qeyd edir” adlı məqaləsində ölkəmiz əleyhinə səsləndirilmiş əsassız ittihamlara cavab verilib.

Ermənistanın Azərbaycan ərazilərini 30 il ərzində işğal altında saxladığı, BMT-nin müvafiq qətnamələrini yerinə yetirmədiyi diqqətə çatdırılıb.

Bununla yanaşı, Ermənistanın “soyqırımı məsələsin”dən danışarkən Xocalıda törədilmiş faciəni xatırlamasının faydalı olacağı vurğulanıb, faciə və nəticələri barədə ətraflı məlumat verilib. Eyni zamanda, sözügedən faciənin dünyanın bir sıra ölkələri tərəfindən soyqırımı kimi tanındığı bildirilib.

Həmçinin Ermənistan müvəqqəti işlər vəkilinin Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru “Luis Moreno Okampo Azərbaycan tərəfindən törədilən hərəkətləri soyqırımı olaraq adlandırmışdır” iddiasına cavab olaraq beynəlxalq hüquq sahəsində aparıcı hüquqşünas və ekspert Rodni Dikson tərəfindən məsələ ilə əlaqədar növbəti qiymətləndirmənin səsləndirildiyi bildirilib: “Bütün bunlar, müstəqil və ədalətli ekspertin metodologiyası deyil. Bunun daha çox hüquqi məsələlərin siyasiləşdirilməsinə, onlardan siyasi məqsədlər üçün istifadə olunmasına xidmət etməsi təəssüf doğurur. M.Okamponun rəyi təəccüblü dərəcədə əsassızdır. Orada “soyqırımı”nın əsas elementlərini dəstəkləyən heç bir sübut yoxdur. Rəydə “soyqırımı”nın tərifini vermək faydalı ola bilər, lakin bu, heç bir dəlil və əsas olmayan şəraitdə məsələni irəli aparmaq iqtidarında deyil”.

Tarix
2024.04.24 / 20:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla