Yuxarı

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Görəndə ki, proses dayandı (Ermənistanın Naxçıvana quru yolunu açmaması – red.), biz faktiki olaraq başqa bir variant axtarmalı olduq və onu tapdıq.

Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib.

"Biz İran tərəfi ilə məsləhətləşmələrə başladıq və İran ərazisindən, daha dəqiq desək, Araz çayının cənub hissəsindən keçid yolu yaratmaqla bağlı razılığa gəldik. Nəqliyyat üçün bizim cəmi iki körpüyə və ola bilsin dəmir yolu üçün iki əlavə körpüyə ehtiyacımız var. Yeri gəlmişkən, avtomobil körpülərinin inşasına başlanılıb. Orada hətta Azərbaycandan və İrandan yüksək vəzifəli rəsmilərin iştirakı ilə təməlqoyma mərasimi keçirildi. Sonda nə olacaq? Ermənistan uduzacaq. Onlar qovşaq olmaq istəyirlər, onu “sülh qovşağı” adlandırırlar. Amma sülh qovşağına çevrilmək üçün, ilk növbədə, onlar bizimlə razılaşmalıdırlar. Çünki əgər Azərbaycan buna razılıq verməsə, bu, sadəcə, bir kağız parçası və ya bəyanat olacaq. Bizimlə razılaşma olmadan bu, tamamilə faydasızdır. Əfsuslar olsun ki, onlar bunu regiondan çox uzaqda yerləşən müxtəlif ölkələrlə müzakirə etməyə çalışırlar. İşə gələndə isə bunu bizimlə müzakirə etmək istəmirlər. Bizim mövqeyimiz çox aydındır. Üçtərəfli Bəyanata hörmət edilməlidir", - dövlət başçısı vurğulayıb.

Tarix
2024.04.25 / 01:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla