Yuxarı

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərbi Azərbaycan İcması Avropa Parlamentinin Avropa Birliyini Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyib.

Axar.az xəbər verir ki, bu barədə İcmanın bəyanatında bildirilib.

“Eyni mərkəzdən idarə olunan məlum bədxah xarici dairələr son günlər “insan hüquqları” bəhanəsi ilə Azərbaycana qarşı səlib yürüşlərini intensivləşdirmişdir. ABŞ Konqresində və Dövlət Departamenti tərəfindən bu həftə atılmış antiazərbaycan addımların ardınca Avropa Parlamenti 25 aprel tarixində qərəz və böhtan dolu akt qəbul etmişdir. Guya azərbaycanlıların insan hüquqlarının qeydinə qalan ikiüzlü Avropa parlamentariləri sözügedən qətnamə ilə Avropa Birliyini Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırmışdır.

Görəsən ötən 30 ildə Ermənistan Azərbaycan ərazilərini işğal edib yüz minlərlə azərbaycanlını etnik təmizləməyə məruz qoyanda, 30 minə yaxın azərbaycanlını qətlə yetirəndə onların hüquqları Avropa Parlamentinin yadına niyə düşmürdü? Ermənistanın öz ərazisindən qovduğu 300 min azərbaycanlının öz evinə qayıtmasına imkan verməməsi və Qərbi Azərbaycan İcmasının dialoq çağırışına məhəl qoymaması Avropa Parlamentini niyə heç narahat etmir?

Bütün bunlar onu sübut edir ki, Avropa Parlamentinin son addımlarının əsl səbəbi insan hüquqları deyil, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsini həzm edə bilməməsidir.

Əgər Avropa Parlamenti sanksiyalar yolu ilə insan hüquqlarını təşviq etmək istəyirdisə, onda milyondan artıq azərbaycanlının təməl hüququnu pozmuş Ermənistana qarşı sanksiyalar tətbiq etməyə çalışmalı idi. Qərbi Azərbaycan İcması Avropa Parlamentindən ayrı-seçkilik siyasətindən, regionda vəziyyəti gərginləşdirən addımlardan və insan hüquqları kimi ali dəyərdən sui-istifadə cəhdlərindən əl çəkməyi və Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna hörmət etməyi tələb edir”, - bəyanatda vurğulanıb.

Tarix
2024.04.26 / 09:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla