Yuxarı

AP-nin komitə üzvü Bakıya qarşı qərəzli mövqeyi pislədi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 29-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Avropa Parlamentinin Nəqliyyat və turizm komitəsinin üzvü Tomaş Piotr Porebanı qəbul edib.

Axar.az xəbər verir ki, ilyarım əvvəl Azərbaycana birinci səfəri zamanı işğaldan azad olunmuş Şuşa şəhəri ilə tanışlığından bəhs edən qonaq regionda cərəyan edən tendensiyalara və gələcək inkişaf perspektivlərinə toxunub, Azərbaycan və Ermənistan arasında delimitasiya üzrə danışıqların müsbət nəticələrindən məmnunluğunu ifadə edib.

Azərbaycanın mühüm iqtisadi-coğrafi mövqeyi barədə fikirlər söyləyən Tomaş Poreba ölkəmizin Avropa Birliyi (AB) ilə əlaqələri barədə danışıb, AB-nin Cənubi Qafqaz regionun aparıcı ölkəsi olan Azərbaycanla bir çox sahələrdə, o cümlədən enerji, ətraf mühit, nəqliyyat və logistika kimi mühüm əhəmiyyətli seqmentlərdə əməkdaşlığının daha da dərinləşdirilməsinin vacibliyinə dair fikirlərini səsləndirilib.

Son dövrlərdə Avropa Parlamentinin ölkəmizə qarşı qərəzli və ikili standartları özündə ehtiva edən mövqeyini pisləyən qonaq, bu mövqeyi ədalətsiz və məntiqə sığmayan addım kimi dəyərləndirib. Ortaya çıxan məsələlərin təzyiq yolu ilə deyil, yalnız əməkdaşlıq və bərabərhüquqlu dialoq yolu ilə həll olunmasının əhəmyyətini qeyd edən Avropa Parlamentinin üzvü Azərbaycanın AB-nin etibarlı tərəfdaşı olduğunu, bu əməkdaşlığın bundan sonra da davam etdirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə komitənin üzvü Tural Gəncəliyev Azərbaycan ilə Avropa Birliyi arasında qarşılıqlı faydalı əməkdaşlıqdan söz açıb, ölkəmizin qurumla nəqliyyat və logistika sahəsində də əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.

Tarix
2024.04.29 / 18:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Putinin TŞ-də MDB təlimatı: Rusiya nədən narahatdır?

Tavuşda niyə 1976-cı il xəritəsi əsas götürüldü? – İrəvanın izahı

Ermənistanın Gürcüstana yolu nəzarətimizə keçdi

Lukaşenko Azərbaycana gəldi

Bizim Azərbaycanla sülh yox, müharibə təcrübəmiz var

Rusiyameyilli Fitsoya sui-qəsdi kim təşkil edib?

Baqrat mitinqə “fasilə” verdi: etiraz alınmadı…

Qubad İbadoğlu siyasi fəaliyyətini dayandırdı

Səbinə Əliyeva Kazan forumunda iştirak etdi

Azərbaycana bu sahədə dəstək davam etdiriləcək - AB

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla