Yuxarı

Putinin TŞ-də MDB təlimatı: Rusiya nədən narahatdır?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putinin TŞ-də MDB təlimatı: Rusiya nədən narahatdır?

İndiki dövrdə Rusiyanın postsovet ölkələrinə önəm verməsinin bir neçə səbəbi var. Rusiya MDB-ni özünün “arxa bağça”sı hesab etsə də, bura xüsusi diqqət ayrısa da, indi bu məsələ Moskva üçün getdikcə kritikləşir.

Bu sözləri Axar.az-a politoloq Turab Rzayev Putinin hökumətdəki dəyişiklikdən dərhal sonra keçirdiyi Təhlükəsizlik Şurasının ilk iclasında MDB ölkələri ilə münasibətləri prioritet məsələ kimi qaldırması haqda danışarkən deyib.

Onun sözlərinə görə, Rusiya prezidentinin kabineti formalaşdırdıqdan dərhal sonra bu məsələyə əhəmiyyət verməsi, MDB ilə münasibətlərin inkişafının zəruriliyini qeyd etməsi heç də səbəbsiz deyil:

“Qərb və NATO MDB ölkələrini Rusiyanın zəif yeri olaraq görür. Bu ölkələr boyunca konfrantasiya xəttini gücləndirməyə çalışır. Artıq Ukrayna və Baltik ölkələrində - Rusiyanın sərhədində NATO var, onlar həm Qafqazda, həm də Mərkəzi Asiyada Rusiyanın nüfuz dairəsinə daxil olmağa çalışır. Qafqazda faktiki olaraq NATO-Rusiya qarşıdurması gedir. Mərkəzi Asiyada da Qərb öz aktivliyini artırıb. Vaxtaşırı olaraq görüşlər keçirdir, bu bölgəyə daxil olmağa çalışır. Orta Asiya ölkələrini hərbi əməkdaşlıqla özünə cəlb etməyə çalışır. Məsələnin digər tərəfi isə Rusiyanın sanksiyalar səbəbindən bir çox ölkələrlə iqtisadi-siyasi münasibətlərini kəsməsidir. MDB ölkələri Rusiyaya qarşı sanksiyalarda iştirak etmir. Kreml bu iqtisadi sarsıntıdan xilas olmaq və siyasi boşluğu doldurmaq üçün MDB ölkələrinə diqqət artırmağa məcburdur”.

Politoloq bildirib ki, Rusiya böyük bir Şərq-Qərb toqquşmasına hazırlandığı vaxtda MDB ölkələri ilə əlaqələrdə arxayın olmalıdır:

“ABŞ və Qərb ölkələri öz aralarında Rusiyaya qarşı səylərini daha da birləşdirirlər. Buna qarşı mübarizə aparmaq üçün Rusiya öz periferiyasını daha sərt şəkildə müdafiə etməlidir. Məhz buna görə Rusiya MDB ərazisində nüfuzunu möhkəmləndirməyə və Qərbin müdaxilə cəhdlərinin qarşısını almağa çalışır.

Gürcüstandakı Gürcü Arzusu Partiyasının, indiki hakimiyyətin “Xarici agentlər haqqında” qanunu və ABŞ əleyhinə fikirlər səsləndirməsi, Rusiya və Çinə istiqamət götürməsi də məhz bu siyasətin tərkib hissəsidir. Faktiki olaraq, Kreml MDB ölkələrini birmənalı şəkildə Rusiyanın yanında görmək və heç bir halda Qərbi bölgəyə gətirib, həmin ərazidə Moskvanın işlərinə müdaxilə etməsinə imkan vermək istəmir”.

Tarix
2024.05.16 / 09:00
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Bakı ilə Tiflis arasında əlaqələrin intensivliyi getdikcə artır

İranın qisas günü çatdı: ABŞ qarşısını almaq üçün sabah...

Hindistanın Bakıya “qəfil sevgisinin” səbəbləri...

İlham Əliyev Möhsün Şəntürkü qəbul etdi

Rəsmi Bakı BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu qınadı

İlham Əliyev bütün manipulyasiyalara son qoydu - Maxaşvili

Ukrayna əraziləri geri qaytarır, Rusiya zəifləyir...

İranın ABŞ-a qardaş olmasının sübutları - Şok faktlar

Putinin Azərbaycanla bağlı planı məhv oldu - Səfəryan

Macarıstan Qarabağda bu kəndin bərpasına 30 milyon ayırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla