Yuxarı

Qubada avtomobilin vurduğu qız xəstəxanada öldü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qubada avtomobilin vurduğu qız xəstəxanada öldü

Quba rayonunun Bəhrəli kəndində avtomobilin vurduğu 13 yaşlı qız xəstəxanada ölüb.

Axar.az APA-ya istinadla xəbər verir ki, 30 sentyabr tarixində Bəhrəli kəndi ərazisində yolu keçmək istəyən 2013-cü il təvəllüdlü Gülay Şöhrət qızı Pirmuradovanı avtomobil vurub.

Ağır xəsarətlər alan qız Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona açıq kəllə-beyin travması, baş-beyin əzilməsi, döş qəfəsinin kontuziyası və qarın boşluğunun küt travması diaqnozları qoyulub.

Vəziyyəti ağır qiymətləndirilən Gülayın müalicəsi reanimasiya şöbəsində davam etdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Gülay Pirmuradova Rəhman Məmmədov adına Çinarlı kənd tam orta məktəbinin 8-ci sinif şagirdi olub.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2026.10.04 / 16:41
Müəllif
Axar.az
Digər xəbərlər

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla