Yuxarı

Tailandda daşqınlar 3,26 milyon insana təsir etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tailandda daşqınlar 3,26 milyon insana təsir etdi

Tailandda yağışlı mövsümdə baş verən daşqınlar ölkə üzrə 3,26 milyondan çox sakinə təsir edib.

Axar.az xəbər verir ki, bu barədə Fövqəladə Halların Qarşısının Alınması və Nəticələrinin Aradan Qaldırılması Departamenti məlumat yayıb.

Məlumata görə, təbii fəlakət 1,17 milyondan çox təsərrüfata ziyan vurub. Daşqınlar 27 əyalətin 154 rayonunda qeydə alınıb. Ən çox zərər ölkənin mərkəzi və şərq əyalətlərinə dəyib. Şimaldakı yüksəkliklərdən böyük həcmdə suyun axması həmin ərazilərdə vəziyyəti daha da çətinləşdirib.

Paytaxt Banqkokda daha əvvəl təxminən 329 min təsərrüfatın daşqınlardan təsirləndiyi bildirilib. Şəhərdə təbii fəlakət nəticəsində 4 nəfərin öldüyü qeyd olunub.

Yenilənmiş məlumatlara əsasən, ölkə üzrə daşqınlar nəticəsində ölənlərin ümumi sayı 31 nəfərə çatıb. Şimal və şimal-şərq ərazilərində suyun səviyyəsi tədricən azalsa da, Ayutthaya, Pathumthani, Sinqburi, Suphanburi və Uthai Thani kimi mərkəzi əyalətlərdə suyun səviyyəsi hələ də yüksəlir.

Fövqəladə xidmətlər yaşayış ərazilərindən suyun çəkilməsi və nəqliyyat yollarının təmizlənməsi üçün xüsusi texnika və nasos avadanlıqları hazırlayır.

Tailand Meteorologiya Bürosu oktyabrın 4-dən 7-dək ölkənin şimalında güclü tufan, külək və leysan yağışlarının olacağı barədə xəbərdarlıq yayıb.

Tarix
2026.10.04 / 18:51
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla