İsrail Baş naziri Benyamin Netanyahunun BMT Baş Assambleyasının 81-ci sessiyasındakı çıxışı 24 sentyabrda baş tutub. O çıxış zamanı Azərbaycan nümayəndəsinin zalı tərk etməməsi ilə də Türkiyədəki bəzi sosial şəbəkə istifadəçiləri Azərbaycana qarşı kampaniyalar həyata keçiriblər.
Bəs, bu 10 gün ərzində Türkiyə və Azərbaycan münasibətlərində nələr baş verib.
Axar.az Bakupost-a istinadən son 10 gün ərzində ikitərəfli münasibətlərdəki inkişafların bir qismini təqdim edir:
- Qarabağdakı "Qızılqaya" və Naxçıvandakı "Qarabağlar" təlim mərkəzlərində, eləcə də Xəzər dənizinin "Böyük Zirə" təlim rayonunda “Birliyin Gücü – 2026” birgə hərbi təlimi baş tutub. Təlimdə 3 qardaş ölkə - Azərbaycan, Türkiyə və Özbəkistan iştirak etdi.
Bu, işğaldan azad edilmiş ərazidə baş tutan ilk genişmiqyaslı təlimdir.
- Türkiyə müdafiə naziri Yaşar Gülər Xocavənddə, Şuşada oldu, təlimləri izlədi, Şuşada texnikalara baxıb, azərbaycanlı həmkarı ilə bir neçə gün birlikdə hərəkət etdi;
- Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri Şuşada görüşdü, üçtərəfli hərbi protokol imzalandı;
- Azərbaycanın müdafiə naziri Zakir Həsənov Türkiyənin Müdafiə Sənayesi İdarəsinin sədri Haluk Görgünlə Bakıda görüşüb;
- Azərbaycanda ADEX-2026 sərgisi açılıb (30 sentyabr-2 oktyabr) və Türkiyə bu sərgidə 61 şirkətlə təmsil olunub və ADEX tarixində ən böyük pavilyon da Türkiyəyə məxsus idi.
- Sərgidə ilk dəfə Azərbaycan və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi;
- ADEX-2026 sərgisində ROKETSAN şirkəti ilə Azərbaycan Müdafiə Sənayesi Nazirliyi arasında "Barbaros" sahil müdafiə sisteminin tədarükünə dair müqavilə imzalandı;
- Azərbaycan Türkiyədən 14 ədəd "HÜRKUŞ-II" yeni nəsil təlim təyyarəsinin alınması ilə bağlı 30 sentyabrda müqavilə imzaladı. Bu, “Hürkuş” təyyarəsinin ilk ixrac müqaviləsidir, bundan öncə bu təyyarənin ixracı ilə bağlı saziş olmayıb;
- Azərbaycanın Türkiyədən ümumilikdə 500 milyon dollarlıq silah tədarükü ilə bağlı saziş imzalandı;
- 27 Sentyabr - Anım Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng vurdu, şəhidləri yad etdi;
- Türk Dövlətlərinin Əməkdaşlıq Günü (Naxçıvan Sazişinin ildönümü) münasibətilə 3 oktyabrda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xüsusi paylaşım edərək türk dünyasının, o cümlədən Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını vurğuladı;
- Oktyabrın 1-də Türkiyə xarici işlər nazirinin müavini Özel Azərbaycanın Ankaradakı səfiri Rəşad Aslanovu qəbul etdi və s.