Bu qidalar beyin damarlarına zərər verə bilər
02:23
| Ana səhifə Planet |
|
Altı ölkə Məkkə Müdafiə Alyansına qoşulmaqda maraqlı olduğunu bildirib.
Axar.az xəbər verir ki, bunu Pakistanın xarici işlər naziri İshaq Dar deyib.
“Həmin ölkələrin adlarını hələlik açıqlamırıq. Bununla belə, saziş tam fəaliyyətə başladıqdan sonra quruma yeni üzvlər qoşula biləcək.
Bu proses azı bir il vaxt apara bilər. Sazişin özü digər ölkələrin də qoşulmasına imkan verir. Bunun üçün həmin ölkələr alyansın mövcud üzvləri tərəfindən müəyyən edilmiş prinsiplərə riayət etməlidirlər”, - o bildirib.
Qeyd edək ki, Məkkə Müdafiə Alyansı Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı tərəfindən təsis edilib. Sazişə əsasən, üzv ölkələrdən hər hansı birinə edilən hücum onların hamısına edilmiş hücum kimi qiymətləndiriləcək.
|
Tarix
2026.10.04 / 14:21
|
Müəllif
Sevgi İsmayılbəyli
|