Yuxarı

Millətlər Liqası: Millimiz Litvaya qalib gəldi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millətlər Liqası: Millimiz Litvaya qalib gəldi

10:44

Azərbaycan millisi UEFA Millətlər Liqasında bu gün növbəti matçını keçirəcək.

Axar.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçi olduğu kollektiv D Liqasının 2-ci qrupunda Bakıda Litva yığması ilə üz-üzə gələcək.

Portuqaliyalı FİFA referisi Qustavo Korreyanın idarə edəcəyi qarşılaşmaya 8-ci km stadionunda, saat 17:00-da start veriləcək.

Xatırladaq ki, milli komanda hazırda qrupda 2 xalla 2-ci pillədə qərarlaşıb. Litva 4 xalla birinci, Lixtenşteyn isə 1 xalla sonuncudur.

***

UEFA Millətlər Liqasının Azərbaycan - Litva matçında hesab açılıb.

Azərbaycan yığmasının heyətində Abdulla Xaybulayev fərqlənib - 1:0.

***

Qarşılaşma komandamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticədən sonra xallarını 5-ə çatdıran Azərbaycan millisi qrupda liderliyi ələ keçirib. Litva 4 xalla ikinci, Lixtenşteyn isə 1 xalla sonuncudur.

Qeyd edək ki, Azərbaycan yığması Millətlər Liqasında son oyununu noyabrın 13-də səfərdə Lixtenşteynə qarşı keçirəcək.

Tarix
2026.10.04 / 19:03
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə Cümhuriyyətinin qurulmasından 103 il ötür

Azərbaycanı tənqid edənlər başlarını divara vursunlar - Paşinyan

İlham Əliyev İspaniyaya başsağlığı verdi

Döyüş komandanlığında NATO heyəti ilə görüş

İsraildə yeni hökumət qurulur: Daha aqressiv olacaq?

Bu rayonların icra hakimiyyətlərində həbslər başlayır?

Azərbaycanın sanksiya siyahısı yeniləndi

Bratislavadan Bakıya ilk aviareys yola düşdü

Azərbaycan İspaniyaya başsağlığı verdi

İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla