Yuxarı

Kobaxidzedən TRİPP açıqlaması: Ciddi problem...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kobaxidzedən TRİPP açıqlaması: Ciddi problem...

Orta Dəhliz üzrə yük dövriyyəsi 2020-ci ildən bəri yeddi dəfə artıb ki, bu da yeni infrastruktur tələb edir.

Axar.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

Onun sözlərinə görə, Gürcüstan hökuməti bu istiqamətdə fəal işləyir.

“Bunlar Anakliya limanının inkişafı, Poti limanının potensial genişləndirilməsi, aviasiya infrastrukturu, sürətli avtomobil yolları və dəmir yolunun modernləşdirilməsidir”, - Kobaxidze bildirib.

Kobaxidze TRİPP marşrutunu rəqib hesab etmədiklərini vurğulayıb:

“Orta Dəhlizdə yük dövriyyəsi o qədər artıb ki, şaxələndirməyə ehtiyac var. TRİPP marşrutu və ya hər hansı digər marşrutun Gürcüstandan keçən ənənəvi marşrutlar üçün ciddi problem yaradacağını düşünmürük”.

O qeyd edib ki, plana əsasən 2031-ci ilədək bütün magistral və sürətli avtomobil yolları tikilməlidir. Dəmir yolunun modernləşdirilməsi isə həm qatarların sürətini, həm də yük dövriyyəsini artıracaq.

Tarix
2026.10.04 / 11:20
Müəllif
Axar.az
Digər xəbərlər

Vüsal Nəsirli zənglərimə cavab vermir - Deputat

BDU-nun işdən çıxarılan prorektoru kimdir?

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla