Yuxarı

ABŞ Libbini niyə dərhal Şuşaya göndərdi? - Şok səbəb

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanı “real siyasət” idarə edir, qərarı da səfir verməyib, Vaşinqtondan verilən qərarı səfir icra edib.

Axar.az xəbər verir ki, bu sözləri ekspert Natiq Cəfərli ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbinin bir neçə gün öncəki müsahibəsində dediyi fikirlərə rəğmən Şuşaya səfər etməsini şərh edərkən deyib.

“Vaşinqton səfirin birmənalı qarşılanmayan müsahibəsindən həmən sonra niyə belə qərar verdi?! Çünki ABŞ Azərbaycan hakimiyyəti ilə yaxşı münasibətlərdə maraqlıdır, bizim hakimiyyətin simvolizmə önəm verdiyini bilir.

Bundan başqa, erməni mətbuatı və bəzi siyasətçiləri səfirin Şuşa məsələsi ilə bağlı publik açıqlamasını az qala böyük qələbə kimi təqdim edib, revanşist hissləri alovlandırmaq istəyirdilər, bu isə kilsə vasitəsi ilə Ermənistanı qarışdırmaq istəyən Moskvanın əlinə oynayırdı. Vaşinqton bunu gördü, o mənasız alovun üzərinə həmən su tökdü. Səfəri həm də belə oxumaq lazımdır”, - o bildirib.

Qeyd edək ki, bir neçə gün öncə ABŞ səfiri Libbi Şuşaya səfər etməməsinin səbəbini “azad edilən torpaqların fərqi” və “şoularda iştirak etmək istəməməsi” ilə əlaqələndirmişdi. Bu müsahibəsindən cəmi iki gün sonra Libbi Şuşaya səfər etdi və Cıdır düzündən xoş video-müraciət yaydı.

Tarix
2024.05.07 / 14:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

XİN Türkiyədəki bu bayramla bağlı paylaşım etdi

Bayrağımız niyə oxşardır? Paris Bakıdan nə istəyir?

Mierinyanın Füzuli səfərində diqqət çəkən detal - Foto

Polis erməni deputatları sərhədimizə buraxmadı

İran-Azərbaycan əlaqəsi təkcə qonşuluq deyil – Rəisi

İran-Azərbaycan dostluğu sarsılmazdır - Əliyev

Ermənistan səhv addım atmamalıdır – İlham Əliyev

Əliyev Rəisi ilə görüşdə: Bu ölkələr işimizə qarışa bilməz!

İran-Azərbaycan qardaşlığı önəmli amildir – İlham Əliyev

İranın bu məsələyə dair dəstəyini alqışlayırıq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla