Yuxarı

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

London şəhərində çap olunan "The Guardian" qəzetində qərəzli məqaləyə cavab olaraq Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Elin Süleymanov tərəfindən sözügedən qəzetin redaksiyasına ünvanlanmış məktub dərc edilib.

Bu barədə Axar.az-a Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyindən bildirilib.

Qeyd olunub ki, Azərbaycan və Ermənistan müstəqillik əldə etdikdən sonra ilk dəfə münasibətlərin normallaşdırılması yönündə çox vacib razılaşma əldə ediblər. İki ölkə arasında sərhədlərin delimitasiyası ilə bağlı razılaşmanın beynəlxalq ictimaiyyət tərəfindən təqdir edildiyi, hər iki ölkənin rəhbərliyi tərəfindən dəstəkləndiyi halda "The Guardian" qəzetində dərc edilmiş məqalənin yersiz mənfi tonu mövcud reallığı əks etdirmir.

Müəllif sanki unutmuşdur ki, regionda hərbi əməliyyatların və qeyri-sabitliyin əsas səbəbi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpaqlarının Ermənistan tərəfindən 30 illik qanunsuz işğalı olmuşdur və hətta məqalədə 4 kəndin Ermənistan tərəfindən Azərbaycana qaytarılmasını "verilməsi" kimi təqdim etmişdir. Halbuki həmin kəndlər vaxtilə Ermənistan tərəfindən işğal edilmişdir və bütün mövcud xəritələr, o cümlədən Ermənistan rəsmiləri həmin ərazilərin Azərbaycana aid olduğunu təsdiq edir.

Ermənistanın regiondan kənarda müttəfiqlər üçün tarix boyu və uğursuz axtarışlar aparması ilə bağlı fikirlərində müəllif haqlıdır. Ancaq unutmamaq lazımdır ki, davamlı sülh yaxın qonşularla münasibətlərin normallaşmasını tələb edir. Müəllif onu da haqlı olaraq qeyd edir ki, etnik parçalanmanı alovlandırarmaq və qorxu yaratmaq məqsədilə məhz erməni separatçılar Azərbaycanın Qarabağ bölgəsinin etnik erməni sakininlərini yaşadıqları yerləri tərk etməyə təşviq ediblər.

Sonda bildirilib ki, Azərbaycan və Ermənistanın sülh yolunda əldə etdiyi diqqətəlayiq irəliləyişin jurnalistlər tərəfindən dəstəklənməsinin vaxtı çatıb.

Tarix
2024.05.07 / 23:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Rəisi ilə görüşdü - Foto

XİN Türkiyədəki bu bayramla bağlı paylaşım etdi

Bayrağımız niyə oxşardır? Paris Bakıdan nə istəyir?

Mierinyanın Füzuli səfərində diqqət çəkən detal - Foto

Polis erməni deputatları sərhədimizə buraxmadı

İran-Azərbaycan əlaqəsi təkcə qonşuluq deyil – Rəisi

İran-Azərbaycan dostluğu sarsılmazdır - Əliyev

Ermənistan səhv addım atmamalıdır – İlham Əliyev

Əliyev Rəisi ilə görüşdə: Bu ölkələr işimizə qarışa bilməz!

İran-Azərbaycan qardaşlığı önəmli amildir – İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla