Yuxarı

Vaqif Əsədov Roza Zərgərli olayına aydınlıq gətirdi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vaqif Əsədov Roza Zərgərli olayına aydınlıq gətirdi - Foto

Roza Zərgərlinin xahiş üçün kiməsə zəng edərək telefonu mənə verməsi reallığı əks etdirmir.

Bu sözləri Axar.az-a Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov deyib.

O, 8 mart Beynəlxalq Qadınlar Günündə keçirilən reydlə bağlı mətbuatda yayılmış yanlış informasiyalara aydınlıq gətirib:

"Roza xanımın xahiş üçün kiməsə zəng edib, telefonu mənə verməsi barədə yayılan xəbərlər yanlışdır. Həmin anda biz telefonla 103 FM radiosunda canlı bağlantıda idik. Təxminən 6 dəqiqəyə yaxın canlı bağlantı davam etdi. Bu arada jurnalistlər şəkillər çəkib yanlış informasiya sızdırıblar. Ancaq bu, həqiqəti əks etdirmir, bunu Roza xanım da təsdiq edə bilər".

Mediada yayılan xəbərlərdə bildirilir ki, tanınmış sənətçi Roza Zərgərli yol polisinin onu cərimələyəcəyini düşünərək, kiməsə xahiş üçün zəng edib və telefonu polkovnik Vaqif Əsədova verib.

Qeyd edək ki, dünən Beynəlxalq Qadınlar Günü münasibətilə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) tərəfindən qadın sürücülərə sürpriz edilib. Yol polisi tərəfindən saxlanılan qadın sürücülərə gül və müxtəlif hədiyyələr təqdim edilib. Polislərin sürprizi ilə qarşılaşanlar içərisində Roza Zərgərli də var.

Tarix
2016.03.09 / 16:51
Müəllif
Fatimə İbrahimova
Digər xəbərlər

İlham Əliyev Nuveyslə görüşü ilə bağlı video paylaşdı

Bayramov Şeyx Əhmədlə Bakı sammitini müzakirə etdi

Ramil Həsən Baxçalı ilə görüşdü: mühüm müzakirə... - Foto

İlham Əliyev Nuveysi qəbul etdi

İllik təhsil xərclərinin miqdarı təsdiqləndi - Rəsmi

Azərbaycan və Yaponiya arasında vizasız rejim... - Hacıyev

İsrail necə hərbi avadanlığı bura daşıya bilər?!

Ermənistan Azərbaycan xalqından üzr istəməlidir

İlham Əliyev İƏT-in baş katibini qəbul etdi

Azərbaycan QHT-ləri Pezeşkiana açıq məktub ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla