Yuxarı

Qənirə Paşayeva Almaniyada fəxri professor seçildi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın Hannover şəhərində fəaliyyət göstərən Avropa Akademiyasının və Avropa Universitetinin böyük elmi şurasının birgə qərarı ilə Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva Avropa Akademiyasının və Avropa Universitetinin fəxri professoru seçilib.

"Bu xəbərdən ən çox sevinən müəllim və alimlərin çoxluq təşkil etdiyi ailəm, dostlarım oldu. Mənə müəllimlik peşəsini sevdirən ailəmə, ilk dəfə müəllim kimi güvənən Xəzər Universitetinə və indi çalışdığım Odlar Yurdu Universitetinə, namizədlik dissertasiyamı müdafiə etdiyim Prezident Yanında Dövlət İdarəçilik Akademiyasına, doktorluq dissertasiyası üzərində işlədiyim AMEA-nın İnsan Hüquqları İnstitutuna, elmi araşdırmalarımda mənə öz dəyərli məsləhətləri ilə dəstək olmuş bütün ziyalılara, sevimli tələbələrimə təşəkkür edirəm və bu gözəl sevinci onlarla bölüşürəm. Mənə bu etimadı göstərən Avropa Akademiyası və Avropa Universitetinə xüsusi təşəkkür edirəm.

Siyasi Elmlər üzrə Fəlsəfə Doktoru kimi bundan sonra da elm sahəsində çalışmalarımı davam etdirəcəm. Artıq konfliktologiya ilə bağlı çox maraqlı araşdırmalarımı və Cənubi Qafqazdakı münaqişələrlə bağlı doktorluq işimi də yekunlaşdırıram və bir-iki ay içində müzakirələrə başlaya biləcəyik. Bu mövzu ilə bağlı xarici ölkələrdə nəşr etdirdiyim bir sıra məqalələrdən bu mövzuya böyük maraq olduğunu görürəm", - Qənirə Paşayeva fəxri professor seçilməsinə münasibət bildirərkən deyib.

Tarix
2014.02.10 / 11:32
Müəllif
Axar.az
Digər xəbərlər

Yeni açılan Ağdam Avtovağzal Kompleksindən görüntülər

İranlı nazirə canlı yayımda “donuz” dedilər - Qalmaqal

Prezident bu sözləri deyərkən kövrəldi - Video

İlham Əliyev onları ayaqüstə alqışladı - Video

Mehriban Əliyeva Ağdam səfərindən video paylaşdı

Prezidentin vətəndaşla söhbəti: Mənim də ad günümdür - Video

Yekun qərarı Bakı verəcək - Ərdoğanın müşaviri

Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışında

Prezident kanat yolundan danışdı

İlham Əliyevin hesabında Ağdamdan görüntülər yayıldı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla