Yuxarı

“Sarkisyan Qarabağı rüşvətlə satıb...” - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Sarkisyan Qarabağı rüşvətlə satıb...” - Foto

Ermənistan prezidentinin keçmiş müşaviri Jirayr Libaredyan rəsmi İrəvana qarşı ağır ittihamlar yönəldib.

Ermənistan prezidentinin keçmiş milli təhlükəsizlik müşaviri (Levon Ter-Petrosyan administrasiyası), hazırda ABŞ-ın Miçiqan Universitetinin professoru olan Jirayr Libaredyan Serj Sərkisyanı "Qarabağı rüşvətlə Rusiyaya satmaqda" ittiham edib.

Libaredyan bu barədə "İratec de fakto" erməni qəzetinə müsahibəsində danışıb ("Musavat.com").

"Ermənistanın indiki hakimiyyəti Dağlıq Qarabağ rəhbərliyi ilə birlikdə praktiki olaraq Ermənistanın müstəqilliyini və Dağlıq Qarabağın taleyini Rusiyaya təslim edir. Və bu, rüşvət formasında edilir" - deyə bir vaxtlar Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlarda iştirak etmiş Libaredyan bildirib.

Keçmiş milli təhlükəsizlik müşaviri deyib ki, Ermənistan hakimiyyətinin Rusiyaya etdiyi güzəştlər ölkənin satılmasından başqa bir şey deyil. Əks halda bu güzəştləri heç nə ilə əsaslandırmaq olmaz.

"Serj Sərkisyan Gömrük İttifaqına üzvlüyü təhlükəsizlik amili ilə əsaslandırır. Guya nə baş verəcəkdi? Türkiyə Ermənistana hücum edəcəkdi və Rusiya Ermənistan qarşısında öhdəliklərini yerinə yetirməyəcəkdi? Yaxud Azərbaycan Dağlıq Qarabağa hücum edəcəkdi və Rusiya ona daha 4 milyard dollarlıq silah satacaqdı? Lakin Türkiyənin bizə hücum etmək fikri yoxdur. Rusiya isə heç vaxt Qarabağı bizə vəd etməyib və etmir. İndiki bazar alverinin səviyyəsi tələb edir ki, bizim hakimiyyət təhlükənin haradan qaynaqlandığını dəqiq desin. Hələlik elə təsəvvür yaranır ki, təhlükə istisnasız olaraq Moskvadan yönəlmişdi, bizimkilər isə sadəcə olaraq Rusiyanı ələ almaq istəyir. Lakin Rusiyanın bu cür rüşvəti qəbul etmək üçün özünəvurğunluğu həddən artıqdır. O hesab edir ki, bizim verdiklərimiz təbii haqqıdır" - deyə Libaredyan bildirib.

Keçmiş müşavir hesab edir ki, hakimiyyət ölkəni indiki dalandan çıxarmaq üçün son 15 ildəki səhvlərini etiraf etməlidir.

"Birincisi, biz öz qonşularımızla problemlərimizi həll etməliyik, bununla da təhdidləri və Rusiyadan, hansısa başqa ölkədən asılılıq səviyyəsini azaltmalıyıq. İkincisi, etiraf etmək lazımdır ki, Köçəryanın xarici siyasətinin "böyük kəşfi" olan komplementarlıq ideyası, yəni təhlükəsizliyi Rusiyadan, iqtisadi inkişafı Qərbdən almaq ideyası böyük sabun köpüyündən başqa bir şey deyildi" - deyə Libaredyan vurğulayıb.

Tarix
2014.02.10 / 14:06
Müəllif
Axar.az
Digər xəbərlər

Alimlər azərbaycanlılarda xüsusi genlər aşkar etdi

Liderlər İlham Əliyevi təbrik edir

Qətiyyətli Lider!

Milli Məclisin növbəti iclası başladı

Bayrama görə pul kimə, necə veriləcək? - Dəqiq izah

Vardanyanın vəkili Qərb mediasında bu təbliğatı aparır

Şuşaya hücum hazırlayan məsul şəxsin adı açıqlandı

Azərbaycan benzinini alan erməni oliqarx kimdir?

Taleh Ziyadov bu federasiyanın prezidenti seçildi

Bəxtiyar Vahabzadənin övladları İlham Əliyevə məktub yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla