Yuxarı

İlham Əliyev Moldovanın yeni səfiri ilə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də Moldova Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri George Leukanın etimadnaməsini qəbul edib.

Axar.az xəbər verir ki, səfir George Leuka fəxri qarovul dəstəsinin qarşısından keçib.

George Leuka etimadnaməsini dövlət başçısına təqdim edib.

Sonra Prezident İlham Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı Azərbaycan ilə Moldova arasında ikitərəfli münasibətlərin uzun illər ərzində müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq bu münasibətlərin möhkəmləndirilməsi işində səfirin fəal çalışacağına ümidvar olduğunu bildirdi. Azərbaycan-Moldova əməkdaşlığının, xüsusilə iqtisadi sahədə yeni istiqamətlərinin müəyyənləşdirilməsinin vacibliyini vurğulayan Prezident İlham Əliyev ölkələrimizin qarşılıqlı ticarət və investisiya potensialından kifayət qədər istifadə olunmadığını deyib. Dövlət başçısı ikitərəfli əlaqələrin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib.

Ölkələrimizin Avropa İttifaqının ümumi proqramlarında iştirak etdiklərini vurğulayan Prezident İlham Əliyev bu istiqamətdə əməkdaşlığımızın qənaətbəxş olduğunu deyib. Səfirin Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ikitərəfli münasibətlərimizin, o cümlədən iqtisadi sahədə əməkdaşlığımızın inkişafı işinə töhfə verəcəyinə əminliyini ifadə edən dövlətimizin başçısı George Leukaya fəaliyyətində uğurlar arzulayıb.

Moldovanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri George Leuka ölkələrimiz arasında iqtisadi sahədə əlaqələrin inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu vurğulayıb. George Leuka Moldova-Azərbaycan ikitərəfli əlaqələrinin inkişaf etdirilməsi, gələcək əməkdaşlığımızın və dostluq münasibətlərimizin möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini deyib.

Tarix
2016.03.12 / 13:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla