Yuxarı

Ermənistana çağırış: Fransanın təxribatlarına uyma!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistana çağırış: Fransanın təxribatlarına uyma!

Qərbi Azərbaycan İcması media vasitələrində Fransa ilə Ermənistan arasında “Caesar” özüyeriyən artilleriya qurğularının alqı-satqısı barədə kontraktın imzalandığı haqqında yayılan məlumatlarla bağlı bəyanat verib.

Axar.az xəbər verir ki, bəyanatda qeyd olunur:

"Fransa Cənubi Qafqaz regionuna soxulmaq üçün orada vəziyyəti gərginləşdirən addımlar atır. 2024-cü il 18 iyun tarixində Fransadan Ermənistana “CAESAR” markalı özüyeriyən artilleriya qurğuları və onlar üçün mərmilərin satışı barədə müqavilə imzalanmışdır.

Silah satışı ilə eyni gündə bir qrup fransız siyasətçisi Fransa prezidentinə müraciət edərək Ermənistana qoşun göndərməyə dair çağırış etmişdir.

Bunun təşkil olunmuş kampaniya olması heç kimdə şübhə doğurmur. Açıq-aydın görünür ki, Fransa regionda təxribat törətməyə və yaranacaq vəziyyətdən sui-istifadə edərək oraya qoşun göndərməyə çalışır".

Qərbi Azərbaycan İcması Fransanın təhlükəli oyunlarını və qəbulolunmaz təxribatlarını ən sərt şəkildə qınayır. Ermənistan rəhbərliyinin bir tərəfdən sülhdən danışıb, digər tərəfdən hücum silahları alması ziddiyyətlidir. Bununla əlaqədar olaraq, İcma Ermənistandan Fransanın təxribatlarına uymamağı, həyata keçirməkdə olduğu irimiqyaslı silahlanma proqramına son verməyi və Azərbaycanla sülh yolunu tutmağı tələb edir.

Tarix
2024.06.18 / 23:25
Müəllif
Axar.az
Digər xəbərlər

FTB direktoru erməni əsilli müğənni ilə nişanlandı

Mustafayev Rusiyada Overçuk və Emin Ağalarovla görüşdü

Arakçı Azərbaycandakı səfirə təlimatlar verdi

XİN-dən vurulan gəmi ilə bağlı açıqlama

Eltəkin Ömərova yüksək vəzifə verildi

Gözlənilməz: Türkiyədən böyük nümayəndə heyəti İrəvanda

Prezident Bakıda dünya şöhrətli müğənni ilə görüşdü

İlham Əliyevdən DÇ ilə bağlı paylaşım - Video

Ceyhun Bayramov Rubio ilə danışdı

Türkiyənin zenit sistemləri Rusiyanın hücumlarını dəf edib

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla