Yuxarı

Türkiyə “Bastion”ları bir ay ləngitdi: “Sezar” necə gələcək?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə “Bastion”ları bir ay ləngitdi: “Sezar” necə gələcək?

Ermənistan rəhbərliyinin xarici siyasət arenasında absurd hərəkətləri xaosa gətirib çıxarır.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın Stenford Universitetinin siyasi elmlər üzrə doktoru, erməni professor Artur Xaçikyan deyib.

“Ermənistanın xarici siyasəti hələ də aydın deyil. İrəvanın Rusiyadan ayrılmaq istədiyi bildirilir, ancaq ayrılmır. Sonra Ermənistanın Qərbə doğru getdiyi bildirilir, amma nəticədə bu da baş vermir”, - o bildirib.

Onun fikrincə, xarici siyasət uşaq nağılları üzərində deyil, imkanların ayıq qiymətləndirilməsi və praqmatizm üzərində qurulmalıdır. Nümunə kimi Xaçikyan İrəvanın Fransanın SEZAR artilleriya qurğularını əldə etməsi ehtimalını göstərib:

“Təbii ki, bu, Fransadan alınan “Bastion”lardan qat-qat ciddi texnikadır. Amma sual budur ki, bu qurğular Ermənistana necə çatdırılacaq, hətta yararsız “Bastion” problemi yarandığı halda - Ankaradan bir zənglə erməni yükləri Gürcüstan limanında bir ay gecikdirilib. Tutaq ki, qurğuları Ermənistana gətirə bilirik, bu qurğuların sursatları necə çatdırılacaq? Hamımız xatırlayırıq ki, Gürcüstan müharibə zamanı bizim üzümüzə sərhədi bağlayıb. Yeni müharibə olacağı təqdirdə bunun baş verməyəcəyinə dair təminatlar haradadır? Bu halda bu parametrlərdən necə istifadə olunacaq?”

Xaçikyan qeyd edib ki, regionda Ermənistanın mövcudluğunda maraqlı olan yeganə ölkə İrandır və məhz onunla hərbi-texniki əməkdaşlığı artırmaq lazımdır, lakin İrəvan rəhbərliyi bu addımı atmır:

“Bununla yanaşı, Ermənistan Rusiya ilə münasibətlərini tamamilə korladı. Bu da Moskva və Bakının yaxınlaşması ilə nəticələndi. Başqa sözlə, ölkənin xarici siyasəti tam fiasko olub. Azərbaycan güclü mövqedən çıxış edir və dayanmayacaq. Çünki Bakı Ermənistandan hələ çox şey ala biləcəyinə inanır”.

Tarix
2024.06.24 / 14:12
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla