Yuxarı

Qərar verirlər, ancaq bunun arxasında... - General

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan müstəqilliyini bərpa edəndən ikili standartlarla qarşılaşırıq. Otuz ildir bizim torpaqlarımızı işğal etmişdilər. Nə oldu? Qərarlar qəbul edirdilər, ancaq bu qərarların arxasında heç nə durmurdu. Torpaqlarımızın 20 faizi işğal olunmuşdu, bir milyondan çox qaçqın və məcburi köçkünümüz var idi. Bunun haqqında heç kim danışmır.

Axar.az xəbər verir ki, bu fikirləri Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 25-də Azərtac-a və AzTV-yə müsahibəsində söyləyib.

Qarabağdan köçən ermənilərə Azərbaycan tərəfindən bütün şəraitin yaradıldığını söyləyən nazir qeyd edib:

“Heç kim onları buradan qovmurdu, onlar özləri də gedəndə deyirdilər ki, heç kim bizi qovmur, buradan sağ-salamat çıxıb gedirik. ...Buraya BMT-dən iki qrup gəlmişdi, gəldilər, gördülər. Mən axı əməliyyat haqqında deyəndə, elə belə demirdim ki, möhtərəm cənab Prezident ciddi tapşırıq vermişdi. Hörmətli Birinci vitse-prezident humanitar məsələləri ciddi nəzarətdə saxlayırdı. Onlar bilirdilər ki, bu ikili standartları bizə qarşı yenə də tətbiq edəcəklər. Ancaq biz tədbirimizi gördük. Nə qədər çalışsalar da, hələ ki, şükürlər olsun, hədəflərinə çata bilmirlər. Yığılırlar, danışırlar, nəsə deyirlər. Möhtərəm cənab Prezidentin möhkəm iradəsi bunun hamısının qarşısını alır”.

Tarix
2024.06.25 / 23:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İsrail Livana kömək edir: İran ciddi sınaq qarşısında qaldı

Qadınla əlbir olub 700 mini mənimsəyən Hüseyn - Foto

Rəsmi Bakıdan Stanonun iddiasına cavab

Üç ölkənin Gürcüstanda hərbi təlimi başa çatdı - Foto

Ermənistandakı missiyanın işi ilə bağlı bəyanata reaksiya

Ölkədə maliyyə piramidası şəbəkəsi ifşa edildi - Video

Haniyə də, Nəsrullah da İranın razılığı ilə öldürüldü – General

Əliyev Szinpinə məktub göndərdi

İranla Ermənistanın Araz çayı ilə bağlı planı - Müzakirə...

Xəzərdə nə baş verir? 200 ildir araşdırma aparılır, lakin…

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla