Yuxarı

Bakıdan Batyaya sensasion jest: Əsgər göndərdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıdan Batyaya sensasion jest: Əsgər göndərdi

Ermənistan Baş naziri Nikol Paşinyanın Belarus lideri Aleksandr Lukaşenkonun Şuşaya gəlməsi və verdiyi bəyanatları bəhanə edərək, bu ölkənin ünvanına ittihamlar səsləndirməsi və bütün məmurların Belarusa səfərini qadağan etməsinə, səfirini geri çağırmasına cavab olaraq Azərbaycan sensasion jest edib.

Axar.az xəbər verir ki, Belarusda bu gün Müstəqillik Günü ilə bağlı keçiriləcək paradı müdafiə naziri Zakir Həsənov da seyr edəcək, eyni zamanda, Azərbaycan əsgərləri də birbaşa paradda iştirak edəcəklər.

Rusiyalı ekspert Sergey Markov bildirib ki, Azərbaycan hərbçilərinin Rusiya və Belarus hərbçiləri ilə birgə Minskdə keçirilən hərbi paradda iştirakı Ermənistan rəhbərliyinin üzünə şillədir, çünki Ermənistan rəhbərliyi satqındır:

“Və bu İrəvanın xəyanət yoluna davam edəcəyi təqdirdə nələrin baş verəcəyi ilə bağlı xəbərdarlıqdır. Bu, satqın Paşinyanın Lukaşenkoya qarşı açıq-aşkar təhqirlərinə görə Belarus liderinin cavabıdır. Qərbliləri razı salmaq üçün Paşinyan Belarusa bütün səfərləri qadağan etdi. Satqınlar”.

Tarix
2024.07.03 / 11:25
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ və İran nələri razılaşdırıb? - Detallar

İlandağda Urartu yazısı “qalmaqalı”: İkinci imiş?!

Karapetyanın adamı elan etdi: Sülhə imkan verməyəcəklər!

Azərbaycan heç vaxt indiki qədər azərbaycanlıların olmayıb

İlham Əliyev Filippin prezidentinə məktub ünvanladı

İlham Əliyev Putini təbrik etdi

Milli Məclisin növbəti iclası başladı

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

Azərbaycan XİN Filippini təbrik etdi

Azərbaycanla daha bir ölkə arasında məsləhətləşmələr keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla