Yuxarı

Fransada parlament seçkilərində onlar qalib gəlir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Xalq Cəbhəsi solçu alyansı Fransa Milli Assambleyasına (parlamentin aşağı palatası) ötən gün keçirilən növbədənkənar seçkilərin ikinci turunda qalib gələrək, 182 yer qazanıb.

Axar.az xəbər verir ki, bu barədə “Le Monde” qəzeti ölkənin Daxili İşlər Nazirliyinin məlumatlarına istinadən bildirib.

İkinci yeri 168 mandat qazanan “Respublika Naminə Birlikdə” prezident koalisiyası tutur. Parlamentin aşağı palatasında üçüncü ən böyük fraksiya 143 yerlə sağçı Milli Birlik olacaq.

Nəşrin məlumatına görə, “Respublikaçılar” da 45 yer alaraq parlamentin aşağı palatasına daxil olurlar. Bundan əlavə, Milli Assambleyanın yeni tərkibinə müxtəlif kiçik sağçı və solçu birliklərin 39 nümayəndəsi daxil olacaq.

Beləliklə, əsas siyasi qüvvələrdən heç biri mandatların mütləq əksəriyyətini almır ki, bu da yeni hökumətin formalaşdırılmasını çətinləşdirir. Fransanın Baş naziri Qabriel Attal bazar ertəsi istefa vermək niyyətində olduğunu bildirib.

Fransa Prezidenti Emmanuel Makron prezident koalisiyasının Avropa Parlamentinə seçkilərdə məğlub olmasından sonra iyunun 9-da Milli Assambleyaya növbədənkənar seçkilər təyin edib. Seçkilərin birinci turu iyunun 30-da, ikinci turu isə iyulun 7-də baş tutub.

Tarix
2024.07.08 / 09:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İsraillə İranın birbaşa savaşı başlayır: nələr olacaq?

Ermənistan seçim etməlidir - XİN

Bu, bütün azərbaycanlıların qürur mənbəyidir - Əmirbəyov

Bakıya bir həftədə II zərbə: Biz nəyi və niyə gözləyirik?

Ermənistan və Fransanın addımları iflasa uğradı - Bakı

Məmmədov Türkiyədə siyasi məsləhətləşmələr apardı

Ermənistanın bu açıqlamaları manipulyasiyadır - XİN

MM-dən XİN-ə: ABŞ Qafqaza geosiyasi rəqabət gətirir

ABŞ heç vaxt öz məsuliyyətini dərk etməyib - Müraciət

Ermənistan bu məsələni həll etməlidir - Əmirbəyov

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla